Bütün xəbərlər
Sumqayıtda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib
Tarix: 20-01-2026 00:12 | Bölmə: Gündəm

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında fəaliyyət göstərən din xadimləri, eləcə də qeyri-müsəlman dini konfessiyaların nümayəndələri Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Anım tədbiri şəhər “Cümə” məscidində davam etdirilib.
Tədbiri giriş sözü ilə bölgə qazısı, Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf Sərdarov açıb.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az
              


















Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər
25-11-2025, 19:16 Prezident Fərman imzaladı