Bütün xəbərlər
Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir
Tarix: 23-06-2022 16:49 | Bölmə: Gündəm

                     Prezident tapşırıq verdi, Türkiyəyə amfibiya təyyarəsi göndərilir



Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir.
“Qafqazinfo”nun FHN-ə istinadən məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.
Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir.


Baxış sayı: 254


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı