18:36 / 28-05-2026
Yeniyetmələr siqaret verməkdən imtina etdikdən sonra yoldan keçəni daşla vurublar
18:34 / 28-05-2026
Kondisioner yaşayış binasını az qala yandıracaqdı
18:31 / 28-05-2026
Fiko Üçüncü Dünya Müharibəsinin qarşısını nəyin ala biləcəyini izah etdi
18:28 / 28-05-2026
Böyük Britaniya Rusiyaya qarşı hücumların əsas koordinatoru seçilib
18:25 / 28-05-2026
ABŞ səfirliyi və Ukrayna Xarici İşlər Nazirliyi AB-nin baş diplomatının yalan açıqlamasını təkzib etdi
18:23 / 28-05-2026
Ev yanğınında üç kişinin cəsədi tapılıb
18:21 / 28-05-2026
2 milyon rubl dəyərində zərgərlik qaçaqmalçılığının qarşısını alıb
18:14 / 28-05-2026
Polşa Qərb ölkələri ilə dostluğunda tarixi bir səhvə işarə edir
18:11 / 28-05-2026
Zaxarova UNESCO-nun Starobilskə hücuma verdiyi reaksiyanı cinayətkar səhlənkarlıq adlandırdı
18:08 / 28-05-2026
Kişinyovda Qutsulun yeddi illik həbs cəzası qüvvədə saxlanılıb
18:05 / 28-05-2026
Ayı 52 yaşlı ovçunu parçalayıb
18:02 / 28-05-2026
İranlı turistlər yenidən Rusiyaya tur sifariş etməyə başlayıblar
18:00 / 28-05-2026
Uşakov: "Putin Kiyevə endirilən zərbələrə görə Lavrov vasitəsilə Trampa heç bir mesaj çatdırmayıb"
17:56 / 28-05-2026
Keçmiş yanğın müfəttişi yeniyetmələrin ölümündə ittiham olunub
17:53 / 28-05-2026
Zaxarova: "Yerevanın Rusiya Federasiyasından müşahidəçiləri akkreditasiya etməkdən imtina etməsi səhv başa düşülür"
17:50 / 28-05-2026
Futbolçu Mirançuk xarici azarkeşlər arasında populyarlığından danışdı
17:47 / 28-05-2026
Qaz partlayışı ilə əlaqədar 73 zərərçəkmiş dindirilib
17:40 / 28-05-2026
Qutsulla birlikdə məhkum edilmiş fəalın səhhəti məhkəmədə kəskin şəkildə pisləşib
17:38 / 28-05-2026
Mirançuk 2026-cı il FIFA oyunlarına qatılmağı planlaşdırmadığının səbəbini izah etdi
17:35 / 28-05-2026
Dronlar cümə axşamı Türkiyə sahillərində üç tankerə hücum edib
17:28 / 28-05-2026
İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb
17:22 / 28-05-2026
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
17:14 / 28-05-2026
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
17:08 / 28-05-2026
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
09:27 / 28-05-2026
Milli birlik sayəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib-Könül Nurullayeva
23:30 / 27-05-2026
Əli Nağıyev Rusiyada iclasda - Foto
19:41 / 27-05-2026
Merkel Ukraynadakı münaqişənin nə qədər davam edəcəyini proqnozlaşdırdı
19:37 / 27-05-2026
Avropa İttifaqı Şurasına qarşı yeni iddia qaldırdı
19:34 / 27-05-2026
Miqrantlar 30 gün ərzində tibbi müayinədən keçəcəklər
19:31 / 27-05-2026
Ərdoğan Netanyahunu hədələyir
19:28 / 27-05-2026
9-cu mərtəbəyə qədər fəvvarə püskürdü
19:24 / 27-05-2026
"Çeské Budejovice"nin hücumçusu Udo Nigeriyadakı evində ölü tapılıb.
19:19 / 27-05-2026
Məktəblilər Vahid Dövlət İmtahanı zamanı mobil telefon xidmətindən məhrum olacaqlar
19:17 / 27-05-2026
Braziliya Prezidentinin xüsusi köməkçisi qlobal sabitliyə necə nail olacağını açıqladı
19:13 / 27-05-2026
Rəqibini başından bıçaqlayan şəxs həbs edilib
19:04 / 27-05-2026
Paşinyan bildirib ki, Ermənistan varlanmağı planlaşdırdığı üçün yüksək qiymətlərdən qorxmur
18:55 / 27-05-2026
Drondan atılan partlayıcı maddələr olan konteyner tapılıb
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Tarix: 28-05-2026 17:08 | Bölmə: Gündəm
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Sabaha-inamla.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.
Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.
Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.
Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.
İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
x x x
Sonra dövlətimizin başçısı kənd sakini Akif Qəhrəmanovun evində oldu.
Prezident İlham Əliyev: Salaməleyküm.
Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Salam.
Kişi sakin: Xoş gəlmisiniz. Keçin.
Prezident İlham Əliyev: Necədir ev şəraitiniz?
Kişi sakin: Ana, cənab Prezident gəlib, gəl.
Prezident İlham Əliyev: Salaməleyküm.
Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.
Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.
Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.
Prezident İlham Əliyev: Onun da salamı var sizə.
Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.
Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.
Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.
Kişi sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Neçə gündür qayıtmısınız?
Sakin: Üç gündür buradayıq.
Ağbirçək qadın: Üç gündə yığışmışıq, rahatlaşmışıq. Gözəl havası var, gözəl suyu var. Qadan alım Sənin. Sən bizi gətirib çıxartdın bu torpağımıza, Səni Allah üstümüzdən əskik etməsin.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Birinci növbədə bura doğma vətəndir, vətən torpağıdır. İkinci tərəfdən də bura kurort zonasıdır. Təmiz havası, suyu, meşələr, dağlar.
Ağbirçək qadın: Elə iki gecənin rahatlığı, o iki gecənin rahatlığı.
Kişi sakin: Bakıda adam belə təzyiq... Buraya gələndə deyir çox rahatam.
Prezident İlham Əliyev: Burada o təzyiq olmamalıdır. Burada heç bir xəstəlik olmamalıdır.
Ağbirçək qadın: Sənin hesabınadır hamısı.
Prezident İlham Əliyev: Buranın bir havası özü də dərmandır.
Ağbirçək qadın: Gözəl. Buradan görürsən nə gözəldir.
Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır. Baxanda adamın gözünü oxşayır.
Ağbirçək qadın: Adamın ürəyi açılır.
Prezident İlham Əliyev: İşğal dövründə necə idi yaşayışınız?
Kişi sakin: İşğal dövrü çətinliklərimiz çox oldu.
Prezident İlham Əliyev: Bakıda yerləşmişdiniz?
Kişi sakin: Sumqayıt, Bakı. Amma Allaha şükür, gəldik, çıxdıq.
Prezident İlham Əliyev: Artıq o dövr qaldı arxada, getdi.
Kişi sakin: Şükür Allaha, bəli, Sizin sayənizdə.
Prezident İlham Əliyev: Burada nə ilə məşğul olacaqsınız?
Kişi sakin: Mən hazırda elə Şuşada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işçisiyəm.
Prezident İlham Əliyev: Lap yaxşı.
Kişi sakin: Bəli. İndi yəqin ki, ola bilsin, buraya da ehtiyac olacaq, elə burada işləyəcəyəm.
Prezident İlham Əliyev: Buraya Laçın da yaxındır, Şuşa da yaxındır.
Ağbirçək qadın: Yəni ortalıqdır, hər tərəfə yaxındır.
Prezident İlham Əliyev: Yol da çəkilir, görmüsünüz, genişləndirilir.
Kişi sakin: Çox gözəl.
Prezident İlham Əliyev: İndi Turşsu da tikilir. Yəni qonşuluqda da kəndlər bərpa edilir.
Kişi sakin: Allah qoysa.
Prezident İlham Əliyev: Darıxmayacaqsınız burada.
Ağbirçək qadın: Turşsuda mənim evim nağdı var, yoxdur, bilmirəm. Amma bağım, ağaclarım durur.
Prezident İlham Əliyev: Hə, onda gərək bağı bərpa edəsiniz.
Ağbirçək qadın: Bağım, bağçam durur.
Prezident İlham Əliyev: Turşsu nə vaxt hazır olacaq?
Məsul şəxs: Gələn il.
Prezident İlham Əliyev: Gələn il. Orada da indi keçmiş köçkünlər üçün evlər tikilir. Amma bağ eviniz olubsa, gərək oraya - o bağa gedəsiniz, dincələsiniz.
Ağbirçək qadın: Sizin hesabınızadır.
Prezident İlham Əliyev: Bir daha təbrik edirəm sizi.
Sakinlər: Çox sağ olun, əskik olmayın.
Prezident İlham Əliyev: Sağ olun, xoşbəxt yaşayın.
Sakinlər: Çox sağ olun.
X X X
Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşdü.
Prezident İlham Əliyev: İlk növbədə, sizi bayramlar münasibətilə təbrik edirəm - həm Qurban bayramı, həm Müstəqillik. Siz həm Müstəqillik, həm Qurban bayramlarını doğma Qarabağ torpağında qeyd edirsiniz. Bu, böyük xoşbəxtlikdir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Uzun fasilədən sonra doğma vətənə qayıtmaq böyük xoşbəxtlikdir.
Qadın sakin: Şərəfdir bizim üçün, şərəfdir.
Prezident İlham Əliyev: Bəli. Burada sizin üçün gözəl şərait yaradılıb. Burada evlərin, demək olar ki, əksəriyyəti dağılmışdı. Onların 17-si hazırdır, 20-si də ikinci mərhələdə hazır olacaq və ondan sonra da evlər tikiləcək. Burada qonşuluqda da iş gedir. Kiçik Qaladərəsi, Turşsu, Sarıbaba. Laçın da yaxındır, Şuşa da yaxındır. İndi yeni yol da çəkilir və gediş-gəliş də daha rahat olacaq. Yəqin ki, görmüsünüz, biz Şuşa-Laçın yolunu genişləndiririk, həm də tunellər inşa edilir. Hər şey edilir ki, insanlar burada rahat yaşasınlar və əsas odur ki, doğma vətən torpağında.
Müstəqillik - bu, böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Bax, Azərbaycan o ölkələrdəndir. İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri doğrudan da müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki, torpaqlarımız uzun illər erməni işğalı altında idi, hətta o vaxt müstəqil siyasət apararaq böyük hörmət qazanmışıq dünyada. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi və ondan üç il sonra antiterror əməliyyatı, bizim şanlı Zəfərimiz ölkəmizin, xalqımızın nüfuzunu dünyada daha da artırmışdır.
Bax, 1991-ci ilin oktyabrında müstəqillik əldə ediləndə o vaxt hakimiyyətdə olanlar ərazi bütövlüyümüzü qoruya bilmədilər. Hakimiyyətə can atanlar faktiki olaraq Şuşanı, Laçını, o cümlədən bax, bu gözəl kəndi Ermənistana, demək olar ki, satmışdılar. O vaxt hakimiyyət uğrunda mübarizə gedirdi. Ovaxtkı hakimiyyət hakimiyyətdə qalmaq istəyirdi. Hakimiyyətə can atan AXC-Müsavat istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. Buna görə də təxribat nəticəsində bu gözəl diyarımız Ermənistana verildi ki, yenidən Azərbaycan bu fəlakətlə üzləşsin. Ondan sonrakı dövr də sizin yadınızdadır: vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi. Şuşa, Laçın işğal ediləndən sonra bu kənd də işğal olunub. Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılıb və əfsuslar olsun ki, ondan sonra işğal 30 il davam etmişdir.
Biz güc yığırdıq, güc toplayırdıq - həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə. Hazır olan zaman gəldik və elə gəldik ki, bütün dünyaya səs saldı bizim Şanlı Zəfərimiz. Həm 2020-ci il, həm də 2023-cü il Şanlı Zəfərimizdir və biz əbədi bu Zəfərlə fəxr edəcəyik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam bərpa edilmişdir. Əldə edilmiş sülh bizim şərtlərimiz əsasında olmuşdur.
Bu, bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və biz bu torpaqlara qayıdacağıq. Son illər ərzində - 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu gün gələcək və gəldi.
Kişi sakin: Bəli, “dəmir yumruğa” inanırdıq.
Prezident İlham Əliyev: “Dəmir yumruq” hesabına, xalqımızın birliyi hesabına, Ordumuzun qüdrəti, şəhidlərimizin qanı-canı bahasına bu gün buradayıq və bundan sonra bizi heç kim buradan tərpədə bilməz. Əksinə, hər gün gücümüz artır, imkanlarımız artır. Bölgədə söz sahibiyik.
Ermənilər tərəfindən viran qoyulmuş bu torpaqları, şəhər və kəndləri artıq beş ildir ki, bərpa edirik. Özü də necə? Dünyada bunun tayı-bərabəri yoxdur. Cəmi 5 il ərzində bu qədər iş görmək - ancaq bunu güclü dövlət edə bilər. Bu güclü dövlətin əsasını xalq-iqtidar birliyi təşkil edir.
Sizə isə bundan sonra ancaq cansağlığı. Bu gözəl havanı udun, gözəl suyu için, gözəl mənzərələrə tamaşa edin ki, könül açılsın, adamın zövqünü oxşasın.
Kişi sakin: Cənab Prezident, oradan baxırlar bizə, peşmandırlar ki, bir vaxt biz baxırdıq. İndi deyirlər ki, günah özlərindədir. Yaşayırdılar, hər şey də gözəl. Allah Sizə dəyməsin.
Prezident İlham Əliyev: Mən laçınlılarla görüşəndə, Laçın şəhərinə biz ilk keçmiş köçkünləri qaytaranda elə oturmuşdum ki, bu mənzərə elə düz gözümün qabağında idi. Dedim ki, bilin ha, biz sizi görürük buradan. Özünüzü yaxşı aparın.
Kişi sakin: Allah Sizə dəyməsin. Xoş gəlmisiniz. Çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Gəlin, şəkil çəkdirək birlikdə, burada, bu gözəl mənzərədə.
Kişi sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi.
Sakinlər: Allah Sizi var eləsin.
Qadın sakin: Bugünkü Qurban bayramı münasibətilə, müstəqilliyimiz münasibətilə təbrik edirəm. Bu gün bu gözəl torpaqda o gözəl vaxtınızı sərf edib bu vətəndaşlarla görüşdüyünüz üçün Sizə “Çox sağ olun!” deyirəm. Bu Qaladərəsi sakinləri adından Sizə “Çox sağ olun!” deyirəm. Bizim salamlarımızı hörmətli Mehriban xanıma çatdırmağınızı istəyirəm. Çox sağ olun, çox sağ olun ki, bu gözəl Vətəndə, bu torpaqda bizimlə görüşdünüz. Allah şəhidlərimizə rəhmət eləsin. Sizə cansağlığı, uzun ömür arzulayıram. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Şanlı Zəfərimizdən sonra bu gözəl bayramı - 28 May - Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt - 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq.
Müstəqillik 1991-ci ildə bərpa edildi, amma yenə də təhlükə altında idi. Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi. O vaxt müharibə dayandırıldı, inkişafa qədəm qoyuldu, güc toplanıldı. Mənim dövrümdə biz hər gün azadlıq gününü arzulayırdıq və hər gün onu yaxınlaşdırırdıq. Siz də, bu ərazilərdə yaşamış insanlar da yaxşı bilirsiniz, nə qədər çətin relyefdir həm buralar, həm də Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, orada yeddi müdafiə xətti, minalar var idi. Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar və cəmi 44 gün ərzində biz Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdik.
Nə ondan qabaq, nə də ondan sonra bu dərəcədə mütləq Qələbə olmamışdır. İndi hər şey göz qabağındadır. Müharibələr yan-yörəmizi əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm.
Kişi sakin: Allah dövlətimizi qorusun, Sizi qorusun.
Prezident İlham Əliyev: Amma bizim Qələbə elə mütləq Qələbə idi ki, burada artıq şəkk-şübhə qalmadı. Bayrağımız da Şuşada, ondan sonra Xankəndidə qaldırıldı və düşmən torpaqlarımızdan qovuldu. Ermənistan ordusu tamamilə darmadağın edilmişdir. Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir.
Qısa müddət ərzində belə bərpa-quruculuq işləri aparmaq, bu da xalq üçündür. Yəni insanlar tez qayıtsınlar, rahat yaşasınlar və burada özlərini, necə deyərlər, çox rahat, təhlükəsiz hiss etsinlər, qurub-yaratsınlar, uşaqları böyütsünlər, ağbirçəklərə qulluq etsinlər və həyatdan zövq alsınlar. Siz buna layiqsiniz. Siz 30 il əzab-əziyyət içində yaşamısınız, bundan sonra ancaq xoşbəxt həyat olmalıdır.

Sonda xatirə şəkilləri çəkdirildi.
Sabaha-inamla.az

Baxış sayı: 85
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:22
İlham Əliyev Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib
Bu gün, 17:08
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Dünən, 23:30
Əli Nağıyev Rusiyada iclasda - Foto
24-05-2026, 21:43
Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzində - Fotolar
19-05-2026, 11:35
WUF13 Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelinin nümayişidir-Könül Nurullayeva
18-05-2026, 18:32
İlham Əliyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak edib
17-05-2026, 19:27
Millət vəkilinin növbəti vətəndaş qəbulu baş tutub
16-05-2026, 12:32
Vüqar Rəhimzadə: "Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır"
12-05-2026, 17:52
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
19-03-2026, 17:24
Vüqar Rəhimzadə: "Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır"
19-03-2026, 17:20
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"
12-03-2026, 13:12
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
10-03-2026, 00:19
Qadınlar şəhid tibb bacısı Mehriban Qarayevanın məzarını ziyarət ediblər-VİDEO+FOTOLAR
6-03-2026, 11:31
Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi-Könül Nurullayeva
6-03-2026, 00:42
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
5-03-2026, 13:10
Vurulan Naxçıvan aeroportunun içindən - Video - Fotolar
4-03-2026, 18:15
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
3-03-2026, 23:38
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
3-03-2026, 15:08
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
1-03-2026, 13:25
İsrail Müdafiə Qüvvələri: Xamenei öz evində öldürülüb
27-02-2026, 19:47
Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edib
27-02-2026, 01:04
Sumqayıtda Xocalı faciəsinin 34-cü ildönümündə dini quurmların və dini konfessiyaların nümayəndələri iştitak ediblər-VİDEO+FOTOLAR
26-02-2026, 23:32
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
23-02-2026, 19:54
Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTO
23-02-2026, 19:10
Müşfiq Abbasov həbs olundu