22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək
Tarix: 08-12-2017 15:30 | Bölmə: Gündəm

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kollektiv işi davam etdirəcək.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vyanda keçirilən mətbuat konfransında deyib.
Nazir deyib: “Hər bir münaqişədə hazırda prioritetin nələr olduğunu başa düşmək lazımdır. Eyni zamanda ümumi yanaşmaları müəyyən etmək gərəkdir. Bunların arasında ilk növbədə münaqişə tərəfləri arasında birbaşa dialoq yer alır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mövcuddur. Amma təəssüf ki, bu hələlik ciddi irəliləyiş göstərmir. Amma bu il dialoqun prezidentlər və XİN rəhbərləri səviyyəsində baş tutması fikrimizcə müsbət haldır”.
S.Lavrov qeyd edib ki, Rusiya ATƏT Minsk qrupunun həmsədrləri ilə kollektiv işini davama etdirəcək: “Kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir. Bu sadə iş deyil, amma biz bununla məşğul olmağı davam etdiririk”.


Baxış sayı: 711


Bölməyə aid digər xəbərlər