22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Salyanda 3 il əvvəl törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub
Tarix: 07-12-2017 13:56 | Bölmə: Gündəm
     



Salyanda itkin düşən ana və 4 qızının öldürüldüyü məlum olub.
 APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 il əvvəl itkin düşən 1961-ci il təvəllüdlü  Əliyeva Mehparə və qızları – 1998-ci il təvəllüdlü Rəqibə, 1987-ci il təvəllüdlü Sevda, 1985-ci il təvəllüdlü İradə, 1991-ci il təvəllüdlü Ümidənin meyiti tapılıb.. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.
 Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.
 
Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata əsasən, hadisə ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulub.


Baxış sayı: 816


Bölməyə aid digər xəbərlər