22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Mikayıl Cabbarov: "Azərbaycanın insan kapitalı - Azərbaycanın gələcəyidir"
Tarix: 05-12-2017 23:35 | Bölmə: Gündəm
Azərbaycan dövlət qulluqçularının hazırlığı və təkmilləşdirilməsi məsələsində Yaponiyanın təcrübəsini öyrənir".
"Report"un verdiyi xəbərə görə, bunu Yaponiya İmperatorunun ad günü münasibətilə keçirilən tədbirdə Azərbaycanın yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov deyib.
"Azərbaycanla Yaponiya arasında sıx münasibətlərin mövcudluğu ölkələr arasında olan uzaq məsafənin heç bir əhəmiyyətinin olmadığının təzahürüdür", - M.Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Yaponiyanı müasir dünyaya olan ümumi baxış və milli kimliyin qorunması kimi məsələlər birləşdirir: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub".
"Azərbaycanın insan kapitalı - Azərbaycanın gələcəyidir. Buna görə biz Yaponiyanın bu sahədə təcrübəsini öyrənmək üçün yeni imkanlar axtarırıq", - M.Cabbarov deyib. 


Baxış sayı: 802


Bölməyə aid digər xəbərlər