Bütün xəbərlər
O özündən sonra gələn gənclərə qəhrəmanlıq və fədakarlıq nümunəsi oldu-Millət vəkili Mübariz İbrahimovdan yazdı
Tarix: 07-02-2021 14:12 | Bölmə: Gündəm


Millət vəkili Ceyhun Məmmədov Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovdan yazıb. O,Vətən müharibəsindəki qələbəmizdə şəhid Mübariz İbrahimovun payı olduğunu və onun xalqın yaddaşında həmişə yaşayacağını bildirib.
Sabaha-inamla.az Ceyhun Məmmədovun sosial şəbəkədəki bu paylaşmasını oxucuların diqqətinə çatdırır: 
-Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaq. O özündən sonra gələn gənclərə qəhrəmanlıq və fədakarlıq nümunəsi oldu. Onun arzusunu məktəbini davam etdirən gənclər gerçəkləşdirdi. Vətən müharibəsində qələbəmizdə Şəhid Mübariz İbrahimovun da payı var. Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm.



Baxış sayı: 348


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı