22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi məsələsi prioritet istiqamətlərdən biridir
Tarix: 28-11-2017 21:16 | Bölmə: Gündəm
Noyabrın 28-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Belarus Universal Ticarət Birjasının sədr müavini İrina Narkeviç və bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri İvan Kaskeviç ilə görüşüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Komitə sədri Hicran Hüseynova ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin prioritet istiqamətlərdən birini təşkil etdiyini qeyd edib. O, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ailə, qadın və uşaq məsələləri sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumatları diqqətə çatdırıb. Eyni zamanda, qadın sahibkarlığının inkişafı ilə bağlı görülən tədbirlər və layihələr, eləcə də, Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib.
Belarus Universal Ticarət Birjasının sədr müavini İrina Narkeviç Azərbaycanda həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, eyni zamanda, Azərbaycanda qadınların biznes sahəsindəki uğurlarını qeyd edib və qadın sahibkarlığı ilə bağlı yeni birgə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.


Baxış sayı: 749


Bölməyə aid digər xəbərlər