Bütün xəbərlər
Kuba Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəklədi
Tarix: 03-05-2020 22:05 | Bölmə: Gündəm

                  Kuba Prezidenti İlham Əliyevin təşəbbüsünü dəstəklədi


Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Qoşulmama Hərəkatının Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə çağırılan "COVİD-19-a qarşı birlikdəyik" mövzusunda virtual zirvə görüşündə iştirak edəcək.
Unikal.org xəbər verir ki, bu barədə Kubanın Bakıdakı səfiri Alfredo Fidel Nieves bildirib.
Diplomat xatırladıb ki, 4 may tarixində videokonfrans formatında baş tutacaq görüş Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək. Kuba liderini videokonfransda Xarici İşlər naziri Bruno Rodriges Parilya və Səhiyə naziri Anxel Portal Miranda müşayiət edəcək.
Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçiriləcək.
Koronavirus pandemiyası şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsi, dövlətlərin və beynəlxalq təşkilatların səylərinin səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü yekdilliklə dəstəklənib.

 


Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı