Bütün xəbərlər
Türkiyə və ABŞ prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
Tarix: 24-11-2017 23:19 | Bölmə: Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, söhbət zamanı ikitərəfli əlaqələr, Soçi sammitinin nəticələri, Suriya böhranı və regional məsələlər müzakirə edilib.
Eləcə də qeyd edilir ki, Türkiyə prezidenti "Twitter"dəki mikro bloqunda Ağ Evin rəhbəri ilə söhbət anının fotosunu yerləşdirərək görüşü məhsuldar adlandırıb.


Baxış sayı: 828


Bölməyə aid digər xəbərlər
30-07-2024, 00:53 Hidayət çempion!