23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
TALEYİMİZDƏKİ XİLASKARLIQ VƏ İNKİŞAF -HEYDƏR ƏLİYEV-95
Tarix: 09-05-2018 23:04 | Bölmə: Gündəm
Ölkəmiz artıq müstəqilliyinin 27 – ci ilini yaşayır. Bu zaman çərçivəsində Azərbaycan bir çox sınaqlardan qəhrəmanlıqla çıxaraq,bugünkü inkişafa gəlib çıxmışdır. Yeni mərhələ təkcə siyasi keçidi tələb etməməklə, eyni zamanda iqtisadi və sosial, mədəni və digər sahələrin də dəyişikliklərə uğramasını özündə cəmləşdirmişdir. İqtisadiyyatın elə əsaslar üzərində qurulması lazım idi ki, əldə olunacaq nəticələr milli zəmində dövlətimizin yaxından köməyi olsun.
Bazar iqtisadi sisteminə keçən ölkəmizdə hər bir sahənin dərindən incələnməsi, yerində və düzgün istifadə olunması mühüm məqsəd idi. Təbii ki, bütün bunlar həm çətin, həm zəruri, həm də bugünkü dövr üçün olduqca əhəmiyyətli idi. Çünki bir iqtisadi formasiyadan digərinə keçid etmək müvafiq dövr üçün böyük həssaslıq tələb edirdi. Aydın məsələdir ki, keçmiş iqtisadi sistemdən müasir iqtisadi sistemə birdən-birə keçmək olmazdı. Əvvəlcə, həmin iqtisadi sistemin dayaqlarını zəiflətmək və bunların əsasında da yeni iqtisadi mühiti formalaşdırmaq lazım idi. Bunlar isə böyük təcrübə və nəhəng iqtisadi islahatlar əsasında mümkün ola bilərdi.
1988-1993-cü illər arasında sadalanan məsələlərin gerçəkliyə qovuşması çox çətin idi. Çünki bir tərəfdən tarixi düşmənlərimiz olan ermənilərin torpaqlarımıza təcavüzü, bir tərəfdən daxili siyasi çəkişmələr, digər tərəfdən isə müstəqillik yolunda siyasi və iqtisadi yeniliklərin edilməsi zərurəti həqiqətən də əsas maneə obyektinə çevrilməklə vəziyyətdən çıxış üçünmüdriklik tələb edirdi. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, işğal olunan iyirmi faiz torpaqlarımız, öz torpaqlarımızda qaçqın kimi yaşamağa məcbur olan bir milyon iki yüz min soydaşımız məhz həmin dövrlərin mirası kimi hələ də qalmaqdadır. İqtisadiyyatımıza altmış milyard dollar həcmində ziyan dəymiş və zəngin maddi-mədəni dəyərlərə malik ərazilərimiz düşmən tapdağı altında imdad diləməkdədir.
1993-cü ilə qədərki dövrü ölkəmizin hərtərəfli gerilik dövrü kimi xarakterizə etmək olar. Elə təkcə torpaqlarımızda baş alıb gedən müharibə, gündəlik hal alan şəhidlər, hər bir regionda və evdə mövcud olan ruh düşkünlüyü və göz yaşları dediklərimizə əyani sübutdur. Dünyanın heç bir ölkəsi tərəfindən dəstəklənməyən və bununla da haqlı ikən haqsız və-ziyyətə düşən respublikamız acınacaqlı günlərini yaşayırdı. Həmin dövrlərdə nə sərhəddə, nə ölkə daxilində, nə də buna görə xarici arenada heç bir əlverişli mühit yox idi. Res-publikamızın inkişafını təmin edə biləcək sahələrin heç biri diqqətdə deyildi. Əhalinin sosial-iqtisadi vəziyyəti ən aşağı həddə düşmüşdü. Əldə olan imkanların dəyərləndirilməməsi, ölkəmizin iqtisadi potensialından nəinki yetərincə, hətta ümumiyyətlə istifadə olunmaması beynəlxalq miqyasda da mövqelərin olmamasına səbəb olurdu. Bir sözlə, bəhs olunan dövrdə ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni və digər sahələrində əsl maneə var idi.
Bütün bu kimi problemlərin aradan qaldırılmasında yeganə çıxış yolu Heydər Əliyev kimi müdrik rəhbərin, qətiyyətli liderin olması ola bilərdi. Danılmaz faktdır ki, keçmiş ittifaqdan ayrılan ölkə kimi Azərbaycanda siyasi sabitlik yox dərəcəsində idi. Ancaq buna baxmayaraq, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün siyasi və hərtərəfli sabitliyi, həmçinin inkişafı ilə digər bölgələrə nümunə oldu. Buradan da görünür ki, Heydər Əliyev siyasətinin xalqımıza bəxş etdiyi nailiyyətlər onun hər bir üzvünün payına düşmüş və xoşbəxtlik rəmzi olmaqla gündəlik həyat tərzində özünü göstərməkdədir. Bu bir həqiqətdir ki, Heydər Əliyev müdrikliyi olmasaydı, Xocalı soyqırımı bu günə qədər bir çox bölgələrimizdə təkrar oluna bilərdi. 1988-ci ildən 1993-cü ilə qədər olan dövrdə faciəvi 20 Yanvar hadisələri, torpaqların işğalı, eləcə də dövlətimizi və ərazi bütövlüyümüzü təhlükə altına alan digər siyasi təxribatlar kimi yüzlərlə faktları sadalamaq mümkündür. Təkcə ermənilər tərəfindən Azərbaycana qarşı edilən təcavüzün dağıntılarını və ziyanlarını, bir sözlə, acı nəticələrini göstərmək yerinə düşər:
Yaşayış məntəqələri 900
Evlər 150 000
İctimai binalar 7 000
Məktəblər 693
Uşaq bağçaları 855
Tibb müəssisələri 695
Kitabxanalar 927
Məbədlər 44
Məscidlər 9
Tarixi abidələr, saraylar və muzeylər 473
Muzey eksponatları 40 000
Sənaye və kənd təsərrüfatı müəssisələri 6 000
Avtomobil yolları 2 670
Körpülər 160
Su kommunikasiyaları 2 300 km
Qaz kommunikasiyaları 2 000 km
Elektrik xətləri 15 000 km
Meşələr 280 000 ha
Kənd təsərrüfatı üçün yaralı torpaqlar 1 000 000 ha
İrriqasiya sistemləri 1 200 km
Ulu Tanrının xalqımıza nicat yolu kimi bəxş etdiyi Heydər Əliyev taleyin və zamanın ən zəruri anlarında qarşımızda işıq oldu və bu bəlalara son qoyuldu.
Heydər Əliyev siyasətinin ölkəmiz üçün bəxş etdiyi tərəqqi və yüksəliş yuxarıda sadalanan məqamların asan izahına imkan verir. Bu gün hər bir vətəndaş ulu öndərin başladığı və ölkə Prezidenti İlham Əliyev tərəfindən zənginləşməklə davam etdirilən siyasətin ən fəal təbliğatçılarıdırlar.
Böyük Heydər Əliyev siyasətinin ölkəmizə bəxş etdiyi uğurları sadalamaqla bitməz. Bu uğurlar özünü respublikamızın inkişafını təmin edəcək bütün sahələrdə göstərməkdədir. 1995-ci ildən başlanan nəhəng aqrar islahatlar ümumilikdə yeni iqtisadi şərait üçün əlverişli mühit yaratmışdır. Təbiidir ki, bütün dövrlər üçün öz aktuallığını saxlayan yeganə və strateji məsələ xalqımızın firavan həyat tərzinin təminatından ibarətdir. Bu baxımdan da müstəqilliyimizin ilk illərində əsasları yaradılan bazar iqtisadi sisteminin mühüm ünsürlərindən biri kimi məhz əhali və onun səmərəli məşğulluğunun təmin olunması təşkil edirdi. Aydındır ki, bunun təmin olunması üçün ilk əvvəl yeni iqtisadi sistemin tam formalaşmasına imkanlar yaradılmalı idi. Elə bu məqsədlə də xalqın içərisindən çıxan dahi rəhbərimiz xalqımızın gələcəyi üçün də davamlı fəaliyyətə başladı. Bu məqsədlə 1995-ci il 18 fevral tarixində iki böyük qanuna imza atdı. Bunlardan biri “Aqrar İslahatların əsasları haqqında”, digəri isə “Sovxoz və kolxozların islahatı haqqında” qanunlardan ibarət idi. Hər iki qanun müasir bazar iqtisadi sisteminin mahiyyətini və xüsusiyyətlərini özündə əks etdirməkdədir. Çünki bazar münasibətləri ilə uyğunlaşmayan və bu iqtisadi sistemin tələblərinə cavab verməyən təsərrüfat subyektlərinin yeniləri ilə əvəz olunması zərurəti özünü göstərirdi. Buna görə də həmin təsərrüfatlarda islahatların aparılması lazım idi. Həmin prosesdə ardıcıl fəaliyyəti təmin etmək məqsədi ilə elə 1995-ci ilin ok-tyabr ayında Dövlət Mülkiyyətinin Özəlləşdirilməsini nəzərdə tutan eyni adlı Dövlət Proqramı qəbul olundu. Bu Proqram 1996-1998, 1998-2000, 2000-2001, 2001-2005-ci illəri əhatə etməklə müasir milli iqtisadi inkişafın təməl prinsiplərini təşkil edirdi. Burada bir məqamı qeyd etmək lazımdır ki, həyata keçirilən bu tədbirlər özünün genişmiqyaslı olmağı ilə seçil-məklə, həm də gündəlik hal almışdır. 1996-cı ilin iyul ayında “Torpaq islahatı haqqında” qanunun qəbul edilməsi bu istiqa-mətdə təkanverici qüvvəyə çevrildi. Bu qanuna görə ölkəmizin torpaqlarının əksər hissəsi özəlləşdirilərək dövlət, xüsusi və bələdiyyə mülkiyyətinə verildi. Yəni bir müstəqil dövlət kimi zə-ruri olan hər bir tədbir vaxtında və faydalı həllini tapırdı.
Qeyd edək ki, bütün bunlar ölkəmizdə hər bir sahə kimi əhalinin məşğulluq məsələsinə diqqət ayırmağa imkan yaratmışdır. Yuxarıda sadalanan məqamlardan görünür ki, həyata keçirilmiş məqsədyönlü iqtisadi tədbirlər əhalinin məşğulluq probleminin həllində aqrar sektorun rolunu önə çəkmiş və bunu daha da təkmilləşdirmişdir. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə göstərilən məsələlərin də uğurlu başlanğıcı təmin olunmuş və nümunəvi nəticələr əldə olunmuşdur. Belə ki, 1992-ci il aprel ayının 6-da Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında” qərar və rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflər aqrar sahədə məhsul istehsalının artırılmasına, eyni zamanda məşğulluğun yüksəldilməsinə şərait yaradan mühüm addımlar idi. Bu qərarlarla Naxçıvan MR-də aqrar sahənin yeni iqtisadi sistemin tələbləri əsasında inkişaf etdirilməsinə, eyni zamanda burada əhalinin səmərəli məşğulluq təminatının formalaşdırılmasına möhkəm zəmin yaranmış oldu.
Ölkə miqyasında isə 2 iyul 2001-ci il tarixdə “Məşğulluq haqqında” Qanun qəbul edilmiş və müvafiq sahə üzrə hüquqi baza təkmilləşdirilmişdir. Qeyd edək ki, bu qanun 27 iyun 1991-ci il tarixdə qəbul olunmuş eyniadlı qanundan daha mü-kəmməl olmaqla, bu günümüzlə səsləşməkdədir. Bundan əlavə, dövlət başçısı İlham Əliyev tərəfindən 26 oktyabr 2005-ci il tarixdə imzalanan sərəncamla 2006-2015-ci illəri nəzərdə tutan “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, 15 may 2007-ci il tarixdə imzalanmış sərəncamla isə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə (2007-2010-cu illər) Dövlət Proqramı”nın təsdiq edilməsi məşğulluq səviyyəsinin yüksəldilməsi üçün real imkanlar yarat-mışdır. Həmin Dövlət Proqramının vəzifələri iqtisadi inkişafa və səmərəli məşğulluğun təmin edilməsinə istiqamətləndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsi kimi izah edilmişdir. Məşğulluq potensialının artırılması istiqamətindəki tədbirlər özünün davamlılığı ilə daha da önəm qazanmış, birinci mərhələdə 2004-2008-ci illəri, ikinci mərhələdə 2009-2013-cü illəri, üçüncü mərhələdə isə 2014-2018-ci illəri əhatə əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları” qəbul olunmuşdur. Həmin tarixi sənədlərlə bir daha bir çox sahələr-xüsusən də aqrar sektor üzrə məşğulluğun təminat mexanizmi tam olaraq yerinə yetirilmişdir.
Ulu öndər Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ən yüksək zirvələri fəth edir. Ölkəmiz son illərdə iqtisadi artımın sürətinə görə liderliyi ələ alıb. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyur. Güclü, qüdrətli, demokratik prinsipləri bu gününün, sabahının əsası kimi qəbul edən Azərbaycan qürur mənbəyimizdir.
Cavadxan QASIMOV,
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 285
Bölməyə aid digər xəbərlər
Tarix: 09-05-2018 23:04 | Bölmə: Gündəm
Ölkəmiz artıq müstəqilliyinin 27 – ci ilini yaşayır. Bu zaman çərçivəsində Azərbaycan bir çox sınaqlardan qəhrəmanlıqla çıxaraq,bugünkü inkişafa gəlib çıxmışdır. Yeni mərhələ təkcə siyasi keçidi tələb etməməklə, eyni zamanda iqtisadi və sosial, mədəni və digər sahələrin də dəyişikliklərə uğramasını özündə cəmləşdirmişdir. İqtisadiyyatın elə əsaslar üzərində qurulması lazım idi ki, əldə olunacaq nəticələr milli zəmində dövlətimizin yaxından köməyi olsun.Bazar iqtisadi sisteminə keçən ölkəmizdə hər bir sahənin dərindən incələnməsi, yerində və düzgün istifadə olunması mühüm məqsəd idi. Təbii ki, bütün bunlar həm çətin, həm zəruri, həm də bugünkü dövr üçün olduqca əhəmiyyətli idi. Çünki bir iqtisadi formasiyadan digərinə keçid etmək müvafiq dövr üçün böyük həssaslıq tələb edirdi. Aydın məsələdir ki, keçmiş iqtisadi sistemdən müasir iqtisadi sistemə birdən-birə keçmək olmazdı. Əvvəlcə, həmin iqtisadi sistemin dayaqlarını zəiflətmək və bunların əsasında da yeni iqtisadi mühiti formalaşdırmaq lazım idi. Bunlar isə böyük təcrübə və nəhəng iqtisadi islahatlar əsasında mümkün ola bilərdi.
1988-1993-cü illər arasında sadalanan məsələlərin gerçəkliyə qovuşması çox çətin idi. Çünki bir tərəfdən tarixi düşmənlərimiz olan ermənilərin torpaqlarımıza təcavüzü, bir tərəfdən daxili siyasi çəkişmələr, digər tərəfdən isə müstəqillik yolunda siyasi və iqtisadi yeniliklərin edilməsi zərurəti həqiqətən də əsas maneə obyektinə çevrilməklə vəziyyətdən çıxış üçünmüdriklik tələb edirdi. Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, işğal olunan iyirmi faiz torpaqlarımız, öz torpaqlarımızda qaçqın kimi yaşamağa məcbur olan bir milyon iki yüz min soydaşımız məhz həmin dövrlərin mirası kimi hələ də qalmaqdadır. İqtisadiyyatımıza altmış milyard dollar həcmində ziyan dəymiş və zəngin maddi-mədəni dəyərlərə malik ərazilərimiz düşmən tapdağı altında imdad diləməkdədir.
1993-cü ilə qədərki dövrü ölkəmizin hərtərəfli gerilik dövrü kimi xarakterizə etmək olar. Elə təkcə torpaqlarımızda baş alıb gedən müharibə, gündəlik hal alan şəhidlər, hər bir regionda və evdə mövcud olan ruh düşkünlüyü və göz yaşları dediklərimizə əyani sübutdur. Dünyanın heç bir ölkəsi tərəfindən dəstəklənməyən və bununla da haqlı ikən haqsız və-ziyyətə düşən respublikamız acınacaqlı günlərini yaşayırdı. Həmin dövrlərdə nə sərhəddə, nə ölkə daxilində, nə də buna görə xarici arenada heç bir əlverişli mühit yox idi. Res-publikamızın inkişafını təmin edə biləcək sahələrin heç biri diqqətdə deyildi. Əhalinin sosial-iqtisadi vəziyyəti ən aşağı həddə düşmüşdü. Əldə olan imkanların dəyərləndirilməməsi, ölkəmizin iqtisadi potensialından nəinki yetərincə, hətta ümumiyyətlə istifadə olunmaması beynəlxalq miqyasda da mövqelərin olmamasına səbəb olurdu. Bir sözlə, bəhs olunan dövrdə ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni və digər sahələrində əsl maneə var idi.
Bütün bu kimi problemlərin aradan qaldırılmasında yeganə çıxış yolu Heydər Əliyev kimi müdrik rəhbərin, qətiyyətli liderin olması ola bilərdi. Danılmaz faktdır ki, keçmiş ittifaqdan ayrılan ölkə kimi Azərbaycanda siyasi sabitlik yox dərəcəsində idi. Ancaq buna baxmayaraq, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün siyasi və hərtərəfli sabitliyi, həmçinin inkişafı ilə digər bölgələrə nümunə oldu. Buradan da görünür ki, Heydər Əliyev siyasətinin xalqımıza bəxş etdiyi nailiyyətlər onun hər bir üzvünün payına düşmüş və xoşbəxtlik rəmzi olmaqla gündəlik həyat tərzində özünü göstərməkdədir. Bu bir həqiqətdir ki, Heydər Əliyev müdrikliyi olmasaydı, Xocalı soyqırımı bu günə qədər bir çox bölgələrimizdə təkrar oluna bilərdi. 1988-ci ildən 1993-cü ilə qədər olan dövrdə faciəvi 20 Yanvar hadisələri, torpaqların işğalı, eləcə də dövlətimizi və ərazi bütövlüyümüzü təhlükə altına alan digər siyasi təxribatlar kimi yüzlərlə faktları sadalamaq mümkündür. Təkcə ermənilər tərəfindən Azərbaycana qarşı edilən təcavüzün dağıntılarını və ziyanlarını, bir sözlə, acı nəticələrini göstərmək yerinə düşər:
Yaşayış məntəqələri 900
Evlər 150 000
İctimai binalar 7 000
Məktəblər 693
Uşaq bağçaları 855
Tibb müəssisələri 695
Kitabxanalar 927
Məbədlər 44
Məscidlər 9
Tarixi abidələr, saraylar və muzeylər 473
Muzey eksponatları 40 000
Sənaye və kənd təsərrüfatı müəssisələri 6 000
Avtomobil yolları 2 670
Körpülər 160
Su kommunikasiyaları 2 300 km
Qaz kommunikasiyaları 2 000 km
Elektrik xətləri 15 000 km
Meşələr 280 000 ha
Kənd təsərrüfatı üçün yaralı torpaqlar 1 000 000 ha
İrriqasiya sistemləri 1 200 km
Ulu Tanrının xalqımıza nicat yolu kimi bəxş etdiyi Heydər Əliyev taleyin və zamanın ən zəruri anlarında qarşımızda işıq oldu və bu bəlalara son qoyuldu.
Heydər Əliyev siyasətinin ölkəmiz üçün bəxş etdiyi tərəqqi və yüksəliş yuxarıda sadalanan məqamların asan izahına imkan verir. Bu gün hər bir vətəndaş ulu öndərin başladığı və ölkə Prezidenti İlham Əliyev tərəfindən zənginləşməklə davam etdirilən siyasətin ən fəal təbliğatçılarıdırlar.
Böyük Heydər Əliyev siyasətinin ölkəmizə bəxş etdiyi uğurları sadalamaqla bitməz. Bu uğurlar özünü respublikamızın inkişafını təmin edəcək bütün sahələrdə göstərməkdədir. 1995-ci ildən başlanan nəhəng aqrar islahatlar ümumilikdə yeni iqtisadi şərait üçün əlverişli mühit yaratmışdır. Təbiidir ki, bütün dövrlər üçün öz aktuallığını saxlayan yeganə və strateji məsələ xalqımızın firavan həyat tərzinin təminatından ibarətdir. Bu baxımdan da müstəqilliyimizin ilk illərində əsasları yaradılan bazar iqtisadi sisteminin mühüm ünsürlərindən biri kimi məhz əhali və onun səmərəli məşğulluğunun təmin olunması təşkil edirdi. Aydındır ki, bunun təmin olunması üçün ilk əvvəl yeni iqtisadi sistemin tam formalaşmasına imkanlar yaradılmalı idi. Elə bu məqsədlə də xalqın içərisindən çıxan dahi rəhbərimiz xalqımızın gələcəyi üçün də davamlı fəaliyyətə başladı. Bu məqsədlə 1995-ci il 18 fevral tarixində iki böyük qanuna imza atdı. Bunlardan biri “Aqrar İslahatların əsasları haqqında”, digəri isə “Sovxoz və kolxozların islahatı haqqında” qanunlardan ibarət idi. Hər iki qanun müasir bazar iqtisadi sisteminin mahiyyətini və xüsusiyyətlərini özündə əks etdirməkdədir. Çünki bazar münasibətləri ilə uyğunlaşmayan və bu iqtisadi sistemin tələblərinə cavab verməyən təsərrüfat subyektlərinin yeniləri ilə əvəz olunması zərurəti özünü göstərirdi. Buna görə də həmin təsərrüfatlarda islahatların aparılması lazım idi. Həmin prosesdə ardıcıl fəaliyyəti təmin etmək məqsədi ilə elə 1995-ci ilin ok-tyabr ayında Dövlət Mülkiyyətinin Özəlləşdirilməsini nəzərdə tutan eyni adlı Dövlət Proqramı qəbul olundu. Bu Proqram 1996-1998, 1998-2000, 2000-2001, 2001-2005-ci illəri əhatə etməklə müasir milli iqtisadi inkişafın təməl prinsiplərini təşkil edirdi. Burada bir məqamı qeyd etmək lazımdır ki, həyata keçirilən bu tədbirlər özünün genişmiqyaslı olmağı ilə seçil-məklə, həm də gündəlik hal almışdır. 1996-cı ilin iyul ayında “Torpaq islahatı haqqında” qanunun qəbul edilməsi bu istiqa-mətdə təkanverici qüvvəyə çevrildi. Bu qanuna görə ölkəmizin torpaqlarının əksər hissəsi özəlləşdirilərək dövlət, xüsusi və bələdiyyə mülkiyyətinə verildi. Yəni bir müstəqil dövlət kimi zə-ruri olan hər bir tədbir vaxtında və faydalı həllini tapırdı.
Qeyd edək ki, bütün bunlar ölkəmizdə hər bir sahə kimi əhalinin məşğulluq məsələsinə diqqət ayırmağa imkan yaratmışdır. Yuxarıda sadalanan məqamlardan görünür ki, həyata keçirilmiş məqsədyönlü iqtisadi tədbirlər əhalinin məşğulluq probleminin həllində aqrar sektorun rolunu önə çəkmiş və bunu daha da təkmilləşdirmişdir. Ümummilli liderimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə göstərilən məsələlərin də uğurlu başlanğıcı təmin olunmuş və nümunəvi nəticələr əldə olunmuşdur. Belə ki, 1992-ci il aprel ayının 6-da Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması haqqında” qərar və rentabelsiz işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsini nəzərdə tutan təkliflər aqrar sahədə məhsul istehsalının artırılmasına, eyni zamanda məşğulluğun yüksəldilməsinə şərait yaradan mühüm addımlar idi. Bu qərarlarla Naxçıvan MR-də aqrar sahənin yeni iqtisadi sistemin tələbləri əsasında inkişaf etdirilməsinə, eyni zamanda burada əhalinin səmərəli məşğulluq təminatının formalaşdırılmasına möhkəm zəmin yaranmış oldu.
Ölkə miqyasında isə 2 iyul 2001-ci il tarixdə “Məşğulluq haqqında” Qanun qəbul edilmiş və müvafiq sahə üzrə hüquqi baza təkmilləşdirilmişdir. Qeyd edək ki, bu qanun 27 iyun 1991-ci il tarixdə qəbul olunmuş eyniadlı qanundan daha mü-kəmməl olmaqla, bu günümüzlə səsləşməkdədir. Bundan əlavə, dövlət başçısı İlham Əliyev tərəfindən 26 oktyabr 2005-ci il tarixdə imzalanan sərəncamla 2006-2015-ci illəri nəzərdə tutan “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın, 15 may 2007-ci il tarixdə imzalanmış sərəncamla isə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə (2007-2010-cu illər) Dövlət Proqramı”nın təsdiq edilməsi məşğulluq səviyyəsinin yüksəldilməsi üçün real imkanlar yarat-mışdır. Həmin Dövlət Proqramının vəzifələri iqtisadi inkişafa və səmərəli məşğulluğun təmin edilməsinə istiqamətləndirilmiş makroiqtisadi siyasətin həyata keçirilməsi kimi izah edilmişdir. Məşğulluq potensialının artırılması istiqamətindəki tədbirlər özünün davamlılığı ilə daha da önəm qazanmış, birinci mərhələdə 2004-2008-ci illəri, ikinci mərhələdə 2009-2013-cü illəri, üçüncü mərhələdə isə 2014-2018-ci illəri əhatə əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları” qəbul olunmuşdur. Həmin tarixi sənədlərlə bir daha bir çox sahələr-xüsusən də aqrar sektor üzrə məşğulluğun təminat mexanizmi tam olaraq yerinə yetirilmişdir.
Ulu öndər Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan ən yüksək zirvələri fəth edir. Ölkəmiz son illərdə iqtisadi artımın sürətinə görə liderliyi ələ alıb. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyur. Güclü, qüdrətli, demokratik prinsipləri bu gününün, sabahının əsası kimi qəbul edən Azərbaycan qürur mənbəyimizdir.
Cavadxan QASIMOV,
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı: 1 285
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













