20:39 / 09-05-2026
Liderliyin Heydər Əliyev zirvəsi
20:33 / 09-05-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla görüşüb
03:06 / 08-05-2026
Vüqar Rəhimzadə: "Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlıq modelidir"
02:56 / 08-05-2026
Nazirləri bir də belə görün... - Video
00:26 / 08-05-2026
Tramp Braziliya Prezidenti Lula da Silva ilə görüşünü yekunlaşdırdı
00:19 / 08-05-2026
İranın cənubunda baş verən atışma ilə bağlı media xəbərləri
00:17 / 08-05-2026
Tramp Avropaya ticarət tariflərini sıfırlamaq üçün 4 iyula qədər vaxt verdi
00:05 / 08-05-2026
Rubio ABŞ-ın Kubaya qarşı yeni sanksiyaları ilə bağlı şərh verdi
23:54 / 07-05-2026
İsveçdə saxlanılan tankerin kapitanı həbsdən azad edilib
21:59 / 07-05-2026
BOK Belarusa qarşı qoyulan həbsləri aradan qaldırdı
21:54 / 07-05-2026
İqtisadçı növbəti 5-7 ildə Avropa iqtisadiyyatının daha da azalacağını proqnozlaşdırır
21:39 / 07-05-2026
NATO qırıcı təyyarələri Latviya səmasında Rusiyaya Ukrayna dronlarını vurmağa kömək etmiş ola bilər
21:35 / 07-05-2026
"Torpedo" klubunun keçmiş rəhbəri ilə bağlı istintaqı başa çatdırıb
21:29 / 07-05-2026
Moldova Parlamentdə rus dilini ləğv etmək istəyir
21:18 / 07-05-2026
"Real Madrid" oyunçusu komanda yoldaşı ilə dava etdikdən sonra xəstəxanaya yerləşdirilib
21:12 / 07-05-2026
Media orqanları Fikonun Moskvaya uçuşunun neçə saat çəkəcəyini açıqlayıb
21:09 / 07-05-2026
ABŞ və İran müharibəyə son qoymaq üçün müvəqqəti razılaşmaya yaxındırlar
21:06 / 07-05-2026
Çoxmərtəbəli binanın sakinləri arasında dəm qazından zəhərlənmə ilə bağlı cinayət işi açılıb
21:03 / 07-05-2026
İnstaqram ulduzları kütləvi təmizləmə nəticəsində milyonlarla izləyicisini itirib
20:54 / 07-05-2026
Avropa Rusiya və Norveç arasında balıqçılıq müqaviləsindən narahatdır
20:50 / 07-05-2026
Uşakov Putinin 10 may planlarından danışdı
20:47 / 07-05-2026
Yük vaqonunda yanğın baş verib
20:43 / 07-05-2026
11 yaşlı uşağı döyüblər
20:37 / 07-05-2026
Ukrayna Energodara zərbələrlə Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) nəzarətini ələ keçirməyə çalışır
20:27 / 07-05-2026
İdmançı İsaevin qətlində şübhəli bilinən şəxsin həbsinin təfərrüatlarını açıqlayıb
20:22 / 07-05-2026
Rusiya Müdafiə Nazirliyi bir daha ictimaiyyəti və diplomatları Kiyevi tərk etmələrinin vacibliyi barədə xəbərdar etdi
20:19 / 07-05-2026
Avtomobil təmiri sexində baş verən yanğın tamamilə söndürülüb
20:13 / 07-05-2026
Uvarov bildirib ki, Ukrayna Zaporojye AES işçilərinə psixoloji təzyiq göstərmək üçün hücumlardan istifadə edir
23:37 / 06-05-2026
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
23:31 / 06-05-2026
ABŞ Oman körfəzində İran tankerinə atəş açıb
23:19 / 06-05-2026
Damının uçduğu kollec distant təhsilə keçib
23:15 / 06-05-2026
"Spartak" Rusiya Kuboku Superfinalına yüksəldi
21:16 / 06-05-2026
İran Tehran və Vaşinqton arasında Memorandum haqqında xəbərləri təkzib edir
21:12 / 06-05-2026
Norveç hakimiyyəti Ukraynaya təxminən 300 milyon dollar dəstək ayırıb
21:04 / 06-05-2026
Qasırğa qüvvəsi ilə əsən küləklər yaşayış binalarını silkələdi
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası -Mönsüm ALIŞOV
Tarix: 13-09-2019 11:02 | Bölmə: Gündəm

Hər bir xalqın tarixində silinməz iz buraxmış böyük şəxsiyyətlərin elm və təhsilə münasibəti, bu sahələrin inkişafına verdikləri sanballı töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən biridir. Bu il anadan olmasının 96-cı ildönümü təntənə ilə qeyd edilən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev də dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşaraq, ilk növbədə xalqın intellektual gələcəyini düşünmüşdür.
Mütərəqqi dünya gerçəklikləri ilə uzlaşan fəal maarifçilik kursunun həyata keçirilməsi, dövlət idarəçiliyi üçün yüksək mənəvi-əxlaqi keyfiyyətləri, intellekti, savadı, səriştəsi ilə fərqlənən ixtisaslı kadrların yetişdirilməsi məsələləri Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətinin bütün mərhələlərində prioritet məsələlərdən olmuşdur. Azərbaycanda əsrlər əvvəl təşəkkül tapmış maarifçilik ənənələri Heydər Əliyevin ölkəmizə rəhbərliyi zamanında özünün zirvə mərhələsinə yetişmişdir. Məhz Ulu Öndərin müəyyən etdiyi strateji xətt hesabına təhsil Azərbaycan cəmiyyətində həyat normasına, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsinə, müstəqil dövlətin əsas təsisatlarından birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasını son 16 ildə yüksək dinamizmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun tərkib hissəsi kimi milli təhsil ənənələrimiz getdikcə zənginləşməkdədir.
Son illər ölkə vətəndaşlarının mədəni-intellektual potensialının yüksəldilməsi, təhsilin keyfiyyətcə dəyişərək yeni dövrün beynəlxalq tələblərinə uyğunlaşdırılması üçün dövlət səviyyəsində zəruri addımlar atılmış, dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübəsinin tətbiqinə başlanılmışdır.
Müasir dünyada təhsilə, əhalinin savadlılıq məsələsinə yeni baxış formalaşır. İndi təhsillilik dedikdə təkcə yazı, oxu bacarığı deyil, eləcə də texniki biliklər və kompüter vərdişləri, səmərəli ünsiyyət, məlumatı anlama, şərhetmə və ötürmə, sosial bilgilər və bütün bunları praktik həyatda tətbiqetmə bacarıqları nəzərdə tutulur. Bu meyarlara cavab verməyən fərdlər öz funksiyalarını tam və səmərəli şəkildə yerinə yetirməkdə, tərəqqipərvər dünyanın insanlara bəxş etdiyi rifahdan faydalanmaqda müəyyən çətinliklərlə üzləşməli olurlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 16 ildə yürütdüyü fəal maarifçilik xətti də bu və digər strateji hədəflərin reallaşdırılmasına xidmət edir. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açmışdır. Bu sahənin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və dövlət proqramları nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2003-cü ilə nisbətən təhsil xərcləri 9 dəfədən çox artaraq 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır.
Dövlət başçısının təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər Azərbaycan təhsili özünün sürətli modernləşmə, müasirləşmə mərhələsinə qədəm qoymuş, xüsusən də aparılan əsaslı kadr dəyişiklikləri, novatorluğu ilə fərqlənən yeni təşəbbüskar intellektual komandanın rəhbərliyə gətirilməsi islahatların çevikliyini və səmərəliliyini təmin etmişdir. Son illər təhsildə islahatların daha sistemli və ardıcıl şəkildə aparılması, dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidentinin qarşıya qoyduğu tələblərin layiqincə gerçəkləşdirilməsi bunu əminliklə söyləməyə ciddi əsaslar verir.
Ümumilikdə son 16 ildə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazanın, tədris şəraitinin yaxşılaşdırılması, təhsilin məzmunca genişləndirilməsi bu sahədə informasiya-kommunikasiya texnologiyalarının, təhsil sistemində yeni maliyyələşmə mexanizminin tətbiqi diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər sırasında ən vacib strateji istiqamət təhsilin məzmununun yeniləşdirilməsi; yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması; təhsilin idarə olunmasının təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi; tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə olunması; şagirdlərin biliyinin daha müasir üsullarla qiymətləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet istiqamətlər təşkil edir.
Bu istiqamətdə mühüm tədbirlərdən biri də ümumi təhsildə infrastrukturun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni məktəblərin inşasıdır. Dövlət başçısının ötən 16 ildə imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkəmizdə yeni məktəblərin inşası prosesi genişlənmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illərdə isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəblərin inşası təcrübəsi tətbiq edilmiş, 2017-2019-cu illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. 2019-2020-ci təhsil ilində 3500 şagird yerlik daha 50 modul tipli məktəbin istifadəyə verilməsi təmin ediləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır. 2017-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni məktəbin fəaliyyətə başlaması dövlət başçısının qətiyyətli və böyük dəstəyi ilə mümkün olmuş, bu tarixi hadisə özündə böyük qayıdışı simvolizə etmişdir.
Bu sahədə yerinə yetiriləsi vəzifələr təkcə dövlət qurumlarına deyil, möhtərəm Prezidentin də qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin bütün strukturlarına aid olmaqla təhsilin, savadlanmanın ümumilikdə sosial hərəkata çevrilməsini zəruri edir. Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği məqsədilə yaranmış Heydər Əliyev Fondunun hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi seçərək qeyd edilən ictimai məqsədlərin fəal təbliğatçı və təşkilatçısı missiyasını üzərinə götürməsi də bu zərurətə əsaslanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son 16 ildə respublikamızda 400-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Təmirə ehtiyacı olan internat tipli tədris müəssisələri müasir standartlar çərçivəsində yenidən qurulmuş, məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur.
Bir sıra MDB ölkələrindən fərqli olaraq, hazırda Azərbaycanda həyata keçirilən sosial siyasətin tərkib hissəsi kimi orta ümumtəhsil məktəblərinin şagirdlərinin dərsliklərlə pulsuz təminatı məsələsi artıq öz həllini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”na uyğun olaraq 2003-2005-ci illər ərzində ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təminatı yerinə yetirilmişdir. Beləliklə, Azərbaycan müstəqillik əldə etdikdən sonra postsovet məkanında orta məktəb şagirdlərinin dövlət vəsaiti hesabına dərsliklərlə pulsuz təminatını reallaşdıran ilk ölkə olmuşdur. Dərslik siyasəti reallaşdırılarkən bu da nəzərə alınır ki, milli kurikulumla müəyyənləşdirilən əsas məqsəd "yaddaş məktəbi”ndən "təfəkkür”, düşüncə məktəbi”nə keçmək, bu əsasda təhsilin müasir modelini yaratmaqdan ibarət olmalıdır.
Müəllim peşəsinin cəmiyyətdə nüfuzunun yüksəldilməsi, onun sosial vəziyyətinin yaxşılaşdırılması da həyata keçirilən islahatların əsas qayəsini təşkil edir. Ölkə rəhbərinin 4 noyabr 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı” da bu istiqamətdə yeni imkanlar açmışdır. Stimullaşdırıcı tədbirlər nəticəsində 2005-2016-cı illərdə ümumilikdə 10 min nəfərdən artıq müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ölkənin ucqar kənd məktəblərinə göndərilmişdir.
Təhsilin inkişafı üzrə dövlət strategiyasına müvafiq olaraq müəllimlərin fəaliyyətinin stimullaşdırılması sahəsində aparılan işlər son illər sürətlə davam etdirilir. Respublikanın əksər şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi təşkil edilmiş, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesi başa çatmışdır. Bunun nəticəsi kimi ölkə rəhbərinin müvafiq sərəncamları əsasında müəllimlərin tədris yükünün 1,5 dəfə, əməkhaqlarının iki dəfə artırılması ümumən tədrisin keyfiyyətinin yüksəlməsinə, bu sahədə işləmək istəyənlərin sayının durmadan artmasına müsbət təsirini göstərmişdir.
Son 16 ildə qazanılmış mühüm uğurlardan biri də peşə təhsilinin nüfuzunun yüksəldilməsidir. Ölkəmizin son illərdəki dinamik inkişafı, yeniləşən texnologiya və elmi-texniki tərəqqi prosesi nəticəsində yeni peşə və ixtisasların yaranması peşə-ixtisas təhsilinin əhəmiyyətini daha da artırır. Açıq demək lazımdır ki, müstəqilliyin ilk illərində Azərbaycanda peşə təhsilinin nüfuzu aşağı düşmüş, peşə təhsili verən tədris müəssisələrinin maddi-texniki bazası ciddi surətdə zəifləmişdi. Bu zərurətdən irəli gələrək Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilmişdi. Bundan əlavə, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təsis edilməsi peşə təhsilinin inkişaf etdirilməsi və müasir dövrün standartlarına uyğunlaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Bu sahədə həyata keçirilən dövlət siyasətinin səmərəliliyinin daha da yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də "Peşə təhsili haqqında” qanunun qəbul olunmasıdır. Mütərəqqi beynəlxalq təcrübə əsasında hazırlanan bu sənəd ölkədə peşə hazırlığının səmərəliliyinin artırılması sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir.
Bu istiqamətdə islahatların gələcək strategiyası dövlət başçısının təsdiq etdiyi peşə təhsilinin inkişafı üzrə Strateji Yol Xəritəsində müəyyənləşdirilmişdir.
Ölkəmizdə son illər həyata keçirilən islahatlar sırasında şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni innovativ üsullarının tətbiqi xüsusilə mühüm əhəmiyyət kəsb edir. İmtahanların uzun illər əvvəlki qaydalarla aparılması, heç bir təkmilləşdirmənin olmaması cəmiyyətdə birmənalı qəbul edilmirdi. Test üsulu ilə ali məktəblərə hazırlaşan abituriyentlərin yazı və şifahi nitq vərdişlərinin, özünüifadə bacarıqlarının zəif inkişafı, onların əzbərçiliyə meyillənməsi, verilən sualları bəzən xüsusi biliklər hesabına deyil, sadəcə məntiqi yanaşma ilə - təsadüfən düzgün qiymətləndirməsi problem məsələlər kimi daim vurğulanırdı. Mütəxəssislər yaxşı bilirlər ki, uzun müddət test üsuluna alışan şagird və ya tələbə düzgün cavabı variantlar arasından düz olmayanları çıxararaq - məntiqlə tapır. Bu baxımdan şəffaflıq və obyektivliyə təminat yaradan test üsulunun özünün də ölkənin inkişaf tempinə və müasir təhsil meyarlarına uyğun şəkildə təkmilləşdirilməsi ciddi sosial tələbat kimi meydana çıxmışdı.
Ali məktəblərə qəbulun 2019-cu ildən iki mərhələdə həyata keçirilməsi, qəbul zamanı orta məktəblərin buraxılış imtahanlarının nəticələrinin də nəzərə alınması bu baxımdan mühüm yenilik kimi qeyd olunmalıdır. Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin tətbiq etdikləri bu yenilik ümumən orta məktəblərin özündə təhsilin səviyyəsinin yüksəlməsinə, dərsdən yayınmaların azalmasına, repetitorluq kimi ziyanlı meyillərin azalmasına xidmət edir. Məhz bu səbəbdən də artıq tam orta təhsili başa vuran məzunlar buraxılış imtahanlarını yeni formatda vermiş, tətbiq olunan üsulun səmərəliliyi bir daha təsdiqini tapmışdır. Belə ki, ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış imtahanlarının nəticələri də ciddiliklə nəzərə alınmışdır.
Təhsil Nazirliyinin də bəyan etdiyi kimi, imtahanların formatında dəyişikliklərin edilməsində əsas məqsəd ölkə iqtisadiyyatının inkişafı üçün zəruri olan bacarıqların ölçülməsi və təkmilləşdirilməsidir. Bu gün əmək bazarı tərəfindən daha çox tələb olunan yazı, riyazi təfəkkür, yaradıcılıq, problem həlletmə kimi vərdişlər yeni formatda keçirilən buraxılış imtahanlarında ölçüləcək bacarıqlar siyahısına daxil edilmişdir. Yeni modelin mahiyyəti bundan ibarətdir ki, abituriyentin balı buraxılış imtahanı və qəbul imtahanında topladığı balların cəmi olaraq hesablanır. Belə ki, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Yeni modelə əsasən ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən məzunlar daha az sayda fəndən imtahan vermiş və verdikləri hər bir imtahanın onların həyatına təsiri olmuşdur. Əvvəlki illərdə məzunlar eyni fəndən 2 dəfə imtahan verməli olsalar da, bu imtahanlardan yalnız qəbul imtahanı məzunun gələcək həyatına təsir edirdi. Əvvəlki illərdə olduğu kimi, imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmişdir.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə - yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür. Beləliklə, ikimərhələli qiymətləndirməyə görə ballar toplanır və bu üsul abituriyentlərin biliklərinin daha obyektiv qiymətləndirilməsinə, onlarda yazı, şifahi nitq, müstəqil düşünmə, təhlil qabiliyyətinin inkişafına kömək edir.
Göründüyü kimi, son illər Azərbaycanın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən müasir təhsil sisteminin formalaşdırılması üçün kifayət qədər böyük layihələr həyata keçirilmişdir. Azərbaycan təhsili məhz bu ənənələr əsasında inkişaf edir, mövcud problemlərə, çətinliklərə sinə gərərək millətin parlaq gələcəyinə yol açmağa çalışır. Təhsil ictimaiyyəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin bütün sahələrində, o cümlədən təhsil, elm sahəsində mövcud problemlərin tezliklə öz həllini tapacağına ürəkdən inanır.
Mönsüm ALIŞOV,
"İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professo

Baxış sayı: 816
Bölməyə aid digər xəbərlər

6-05-2026, 23:37
Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub
6-05-2026, 16:48
Kaya Kallasın səfəri Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından vacibdir-Könül Nurullayeva
5-05-2026, 17:38
İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
4-05-2026, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
19-03-2026, 17:24
Vüqar Rəhimzadə: "Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır"
19-03-2026, 17:20
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"
12-03-2026, 13:12
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
10-03-2026, 00:19
Qadınlar şəhid tibb bacısı Mehriban Qarayevanın məzarını ziyarət ediblər-VİDEO+FOTOLAR
6-03-2026, 11:31
Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi-Könül Nurullayeva
6-03-2026, 00:42
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
5-03-2026, 13:10
Vurulan Naxçıvan aeroportunun içindən - Video - Fotolar
4-03-2026, 18:15
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
3-03-2026, 23:38
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
3-03-2026, 15:08
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
1-03-2026, 13:25
İsrail Müdafiə Qüvvələri: Xamenei öz evində öldürülüb
27-02-2026, 19:47
Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edib
27-02-2026, 01:04
Sumqayıtda Xocalı faciəsinin 34-cü ildönümündə dini quurmların və dini konfessiyaların nümayəndələri iştitak ediblər-VİDEO+FOTOLAR
26-02-2026, 23:32
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
23-02-2026, 19:54
Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTO
23-02-2026, 19:10
Müşfiq Abbasov həbs olundu
18-02-2026, 21:35
Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı
18-02-2026, 21:27
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
18-02-2026, 20:32
Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub
15-02-2026, 20:04
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
9-02-2026, 21:35
Naxçıvanın Baş naziri kolektivə təqdim olundu - Fotolar
9-02-2026, 00:08
Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər - Fotolar
6-02-2026, 23:03
Komitə sədri Sumqayıt Cümə Məscidini ziyarət etdi-VİDEO+FOTOLAR