Bütün xəbərlər
Yəməndə difteriya bəlası - 46 nəfər dünyasını dəyişdi
Tarix: 05-01-2018 16:58 | Bölmə: Dünya

                  

Son bir neçə ay ərzində Yəməndə difteriyadan 46 nəfər dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yazareviç deyib.
Onun sözlərinə görə, son bir neçə ay ərzində ümumilikdə 471 difteriyaya yoluxma faktı qeydə alınıb: "Həmin xəstələrdən 46-si dünyasını dəyişib".
ÜST nümayəndəsinin sözlərinə görə, yoluxma faktı daha çox İbb və Əl-Hodeyda vilayətlərində qeydə alınıb.


Baxış sayı: 726


Bölməyə aid digər xəbərlər