Bütün xəbərlər
"Bloomberg": NATO Avropa və Kanadanın hərbi potensialını 30% artıracağını gözləyir
Tarix: 21-03-2025 19:50 | Bölmə: Dünya

Avropa və Kanada yaxın illərdə silah və texnika ehtiyatlarını təxminən 30% artırmalıdır. NATO rəhbərliyi bu tələbi dövlət başçılarına ünvanlamaq niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Şimali Atlantika Alyansının anonim yüksək vəzifəli nümayəndəsi jurnalistlərə rəhbərliyin planları barədə danışıb.
"Bloomberg" yazır: "Hazırda nəzərdə tutulduğu kimi, yeni hədəflər bütün sektorlar üzrə silah və avadanlıq tədarükündə 30% artım tələb edəcək, bəzi xüsusi kateqoriyalar isə daha çox və ya daha az artacaq".
NATO Kanada və Avropada hərbi potensialın artırılmasının 5 illə 15 il arasında olacağını gözləyir.
Alyans yaxın illərdə hava hücumundan müdafiə sistemlərinin inkişafına xüsusi üstünlük vermək niyyətindədir. NATO xüsusilə kəşfiyyat və nüvə sualtı qayıqlarından istifadə sahələrində əsas müttəfiq kimi ABŞ-a arxalanmağa davam edəcək.
Bundan əvvəl NBC News xəbər vermişdi ki, Vaşinqton NATO-nun Avropadakı birgə qüvvələrinin komandanlığından imtina edə bilər.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər