11:05 / 10-03-2025
Yanan anbarın damı uçub
18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Qahirədə Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub
Tarix: 10-03-2025 12:49 | Bölmə: Dünya

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirovun təşəbbüsü və cəmiyyətin İdarə Heyətinin yekdil qərarı ilə qurumun nəzdində Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyası təsis olunub.

Bu barədə Sabaha-inamla.az-a Misir-Azərbaycan Dostluq Cəmiyyətindən bildiriblər.
S.Nəsirov Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətinin günü-gündən müxtəlif sahələr üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, bunun üçün elm və incəsənət sahələrinin bundan sonra Misir-Azərbaycan Xalqlar Dostluğu Akademiyasının nəzdində fəaliyyət göstərməsinə qərar verilib.
Həmçinin bildirilib ki, Ramazan ayı münasibətilə cəmiyyət tərəfindən minlərlə misirli aztəminatlı ailələrə və Misirdə təhsil alan xarici tələbələrə 30 tondan çox ərzaq paylanıb.
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər fənlər üzrə 59 ölkədən 642 tələbə ödənişsiz əsaslarda təhsil alır.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər