Bütün xəbərlər
Tramp yalnız Konqresin qərarından sonra Rusiyaya qarşı sanksiyaları ləğv edə biləcək
Tarix: 10-01-2025 23:24 | Bölmə: Dünya

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar paketini təkbaşına ləğv edə bilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi həmçinin qeyd edib ki, Donald Tramp və komandası Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı məlumatlandırılıb.
"Mən buna inanıram. Bu sanksiyalar prezident Bayden tərəfindən həyata keçirilən icraedici tədbirlərdir", - Kirbi müxbirin Trampın sanksiyaların ləğvi üçün Konqresin təsdiqinə ehtiyac olub-olmayacağı sualına cavab verib.
Yanvarın 10-da ABŞ-ın istefa verən prezidenti Co Baydenin administrasiyası Rusiyanın energetika sektoruna qarşı genişmiqyaslı sanksiyaların tətbiq olunduğunu elan edib. Sanksiya siyahısına “Qazprom Neft”, “Surqutnefteqaz” neft-qaz şirkətləri, onların törəmə şirkətləri, həmçinin 183 tanker və Rusiyanın iri şirkətlərinin bir neçə baş direktoru daxildir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov cümə günü keçirdiyi brifinqdə deyib ki, yeni sanksiyalar paketi Kreml üçün sürpriz olmayacaq. Onun sözlərinə görə, Co Bayden administrasiyası Donald Tramp Ağ Evə qayıtmazdan əvvəl ABŞ və Rusiya arasında münasibətləri mümkün qədər pisləşdirməyə çalışır.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər