Bütün xəbərlər
Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirləri təcili iclasa çağırıb
Tarix: 03-12-2024 18:52 | Bölmə: Dünya

Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra Cənubi Koreya ordusunun "əsas komandirləri" təcili iclasa çağırılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
"Yonhap" xəbər verir ki, həmçinin hərbi hissələrin komandirlərinə döyüş hazırlığını artırmaq əmri verilib.
“(Cənubi Koreyanın) müdafiə naziri əsas komandirlərin iclasını keçirməyi əmr edib və sayıqlığı artırmağa çağırıb, nazirlik çərşənbə axşamı prezident Yoon Seok-yeolun fövqəladə hərbi vəziyyət elan etməsindən sonra bildirib”, - ölkənin ən böyük xəbər agentliyi bildirib.
Dekabrın 3-də Cənubi Koreya prezidenti Yoon Seok-yeol ölkədə hərbi vəziyyət elan edib. Məhz Koreya Respublikasının Müdafiə naziri Kim Yonq Hyun prezidentə hərbi vəziyyətin tətbiqini tövsiyə edib. Prezident bu fövqəladə tədbiri “KXDR tərəfdarlarının kökünün kəsilməsi”, habelə konstitusiya quruluşunun qorunmasının zəruriliyi ilə əsaslandırıb. Yonhap əlavə edir ki, hərbi vəziyyətin tətbiqinin səbəblərindən biri də ölkədə Yoon Seok Yeola qarşı hazırlanan impiçment ola bilər. Cənubi Koreya prezidentinin qərarı həm hakim Xalq Gücü partiyasında, həm də müxalif Demokrat Partiyasının sıralarında anlaşılmazlığa səbəb olub. Müxalifət prezidentin gördüyü tədbirləri konstitusiyaya zidd hesab edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər