Bütün xəbərlər
"Mossad" Qəzzadakı girovlarla bağlı danışıqları bərpa etmək üçün MKİ ilə görüşəcək
Tarix: 24-10-2024 22:55 | Bölmə: Dünya

"Mossad" rəhbəri David Barnea Qəzza zolağında girovların azad edilməsi üçün danışıqları bərpa etmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns   ilə görüşəcək. 

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Görüş Qətərin paytaxtı Dohada baş tutacaq. Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani də orada olacaq.
“Görüşdə tərəflər Həmas tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlara başlamaq üçün müxtəlif variantları müzakirə edəcəklər”, - Netanyahunun ofisi bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS sammitində tədbir iştirakçılarını Qəzza zolağında vəziyyəti dəyişmək üçün hər şeyi etməyə çağırıb.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər