Bütün xəbərlər
İsrail tankları Qəzzanın şimalında məktəbi atəşə tutub
Tarix: 23-10-2024 07:25 | Bölmə: Dünya

İsrail ordusunun tankları Beyt Lahiya şəhərində məktəb binasını atəşə tutub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail tanklarının Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində məktəbi atəşə tutması nəticəsində azı 7 nəfər həlak olub. Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, yaralılar da var.
Məktəb binasının sığınacaq kimi xidmət etdiyi qeyd edilir. Evlərini tərk etmək məcburiyyətində qalanlar ora sığınıblar.
Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail hərbçiləri anklavdakı Cəbəliyə qaçqın düşərgəsini də atəşə tutub. Bir qadın və iki uşaq həlak olub, ən azı altı nəfər yaralanıb.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) sentyabrın sonunda vəfat edən "Hizbullah" lideri Həsən Nəsrullahın varisi hesab edilən Haşim Safi Əd-Dinin ləğv olunduğunu rəsmən elan etmişdi.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü