12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
Fətullah Gülən öldü
Tarix: 21-10-2024 12:47 | Bölmə: Dünya

                     fetullah-gulen-oldu


FETÖ terror təşkilatının lideri Fətullah Gülən ölüb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı FETÖ liderinin yaxın ətrafı tərəfindən idarə olunan “Herkul” saytı öz “X” hesabında paylaşıb.
O, dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.
83 yaşlı Gülənin qohumu Ebuseleme Gülən də sosial şəbəkə hesablarında paylaşım edərək onun ölüm xəbərini təsdiqləyib. 
Qeyd edək ki, FETÖ lideri 1999-cu ildən ABŞ-də yaşayırdı. Onun sonuncu dəfə oktyabrın 14-də Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntüləri yayılmışdı







Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər