22:57 / 01-11-2024
Sərnişin avtobusu aşıb
20:41 / 01-11-2024
Yeni məktəbdə tavan uçub
Bütün xəbərlər
Böyük Britaniya qeyri-leqal miqrantların sayına görə Avropa ölkələrinin reytinqinə başçılıq edir
Tarix: 07-10-2024 12:22 | Bölmə: Dünya

Böyük Britaniyada yüz minlərlə qeyri-qanuni miqrant var.
Avropada ən çox sayda qeyri-qanuni miqrant Böyük Britaniyada sığınacaq tapıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin tədqiqat məlumatlarına istinadən “The Daily Telegraph” nəşri məlumat yayıb.
Araşdırmanın nəticələrinə görə, Böyük Britaniyada 745 minə qədər qeyri-qanuni miqrant yaşayır. Sonrakı yerdə, ekspertlərin fikrincə, 700 minə qədər qeyri-qanuni immiqrantın öz evini tapdığı Almaniya Federativ Respublikası gəlir.
Eyni zamanda, qeyri-qanuni yolla gələn miqrantların “cəmi” 300 minə yaxın olduğu Fransa Respublikası nümunə kimi göstərilir.
Bundan əvvəl Britaniyada miqrantlara qarşı kütləvi etiraz aksiyaları keçirilib. Etiraz aksiyaları iğtişaşlar və polislə toqquşmalarla müşayiət olunub.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər
21-10-2024, 12:47 Fətullah Gülən öldü