Bütün xəbərlər
"Bild": İsrail Suriyadakı Rusiya bazası yaxınlığında hava zərbələri endirib
Tarix: 03-10-2024 21:24 | Bölmə: Dünya

"Bild" yazır ki, İsrail Suriyanın qərbindəki ərazilərə bir neçə hava zərbəsi endirib, hücum Rusiya bazasına yönəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail dövlət mediası hücumu təsdiqləsə də, təfərrüatları açıqlamayıb.
“Ölkənin dövlət mediası İsrailin guya Suriyanın qərbindəki sahilyanı şəhərlərdəki hədəflərə zərbələr endirdiyini bildirib”, - İsrailin "Times" qəzeti yazır.
İslami Müqavimət Hərəkatının Telegram kanalı Suriyanın hava hücumundan müdafiə sistemlərinin “Latakiya, Cebla və Tartusdakı düşmən hədəfləri ilə 40 dəqiqədən çox müddət ərzində fəal şəkildə qarşılaşdığını” yazıb.
"Bild" yazır: “Bu günə qədər Rusiya hərbi bazası bu hücumların hədəfi deyildi”.
Suriya telejurnalisti Abdulla əl-Musa qeyd edir ki, İsrailin hücumu Rusiyanın Xmeymim bazasının daxilindəki anbara yönəlib.
Yaxınlıqdakı Cebla şəhərindən çəkilmiş foto və videolarda güclü partlayışların şəhərdən beş kilometr aralıda yerləşən Xmeymim bazasından gəldiyi əks olunub.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər