Bütün xəbərlər
"Newsweek": kəşfiyyat agentlikləri Trampın Pensilvaniyadakı mitinqində qanunu pozan şəxsi saxlayıb
Tarix: 31-08-2024 19:57 | Bölmə: Dünya

ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqində qanun pozucusu saxlanılıb, "Newsweek" yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Pensilvaniya ştatında baş verib. Naməlum kişi ümumi ərazi ilə mətbuat sahəsini ayıran hasarın üstünə çıxıb. Təhlükəsizlik əməkdaşları cinayətkarı dərhal saxlayıblar. Hazırda o, artıq sərbəst buraxılıb.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də eyni Pensilvaniya ştatında Trampın həyatına qəsd edilib. 20 yaşlı Tomas Kruks tüfənglə siyasətçiyə bir neçə dəfə atəş açıb. Güllələrdən biri Trampın qulağına, qalanı isə namizədin tərəfdarlarına dəyib. Onlardan biri ölüb, daha ikisi ağır yaralanıb.


Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər