Bütün xəbərlər
Cənubi Afrikanın İsrailə qarşı iddiasına Türkiyə də qoşulur
Tarix: 08-08-2024 01:20 | Bölmə: Dünya

Türkiyə İsrailə qarşı prosesə qoşulmaq üçün Beynəlxalq Ədalət Məhkəməsi Katibliyinə müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Təşkilatın izah etdiyinə görə, Respublika nizamnamənin istənilən maraqlı ölkəyə işə qoşulmasına imkan verən 63-cü maddədən yararlanıb, TASS agentliyi yazır. Lakin bu halda məhkəmənin qərarı onun üçün məcburi olacaq.
Xatırladaq ki, Cənubi Afrika 29 dekabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırmışdı. Cənubi Afrika Respublikası hesab edir ki, yəhudi dövləti Qəzza zolağında Soyqırım Konvensiyasını pozur.
Yanvarın 26-da məhkəmə müvəqqəti hökm çıxarıb: o, İsraildən soyqırım çağırışlarına yol verməməyi, fələstinlilərə qarşı cinayətlərdə əli ola biləcək şəxslərin məsuliyyətə cəlb edilməsini, cinayətlərin mümkün sübutlarını məhv etməməyi və anklav sakinlərini humanitar yardımla təmin etməyi tələb edib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər