12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
İsrail hələ HƏMAS-ın hərbi qanadının liderinin ölümünü təsdiqləməyib
Tarix: 13-07-2024 23:45 | Bölmə: Dünya

İsrail radikal Fələstin HƏMAS hərəkatının hərbi qanadının lideri Məhəmməd əl-Deif və onun müavini Rafiya Sələməni öldürmək üçün cümə günü Qəzza zolağına zərbələr endirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, hərbçilər hələ Məhəmməd əd-Deyfin ölümü ilə bağlı məlumatı təsdiqləməyib.
"Onların məhv edildiyinə dair hələ də dəqiq bir əminlik yoxdur, lakin mən sizə zəmanət vermək istəyirəm ki, bu və ya digər şəkildə bütün HƏMAS rəhbərliyinə çatacağıq", - Netanyahu vurğulayıb.
Bu əməliyyat kəşfiyyat məlumatlarını öyrəndikdən sonra İsrailin baş naziri tərəfindən şəxsən təsdiqlənib. Məhəmməd əd-Deyf HƏMAS iyerarxiyasının ikinci komandiridir. İsrail onu 7 oktyabr 2023-cü ildə planların hazırlanmasına və hücumun istiqamətləndirilməsinə görə şəxsən məsul hesab edir.
"O, 7 oktyabr qırğınını və bir çox başqa terror aktlarını planlaşdırıb və idarə edib, əlləri israillilərin qanına bulanıb", - İsrailin baş naziri əmindir.
HƏMAS rəhbərliyinin bütünlüklə məhv edilməsi İsrail ordusu üçün əsas prioritetdir.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər