Bütün xəbərlər
Çexiyada poliqonda baş verən partlayış nəticəsində bir əsgər həlak olub
Tarix: 17-06-2024 18:57 | Bölmə: Dünya

Çexiyada təlim poliqonunda döyüş sursatının partlaması nəticəsində bir əsgər həlak olub, daha 8 nəfər yaralanıb, Çex Ordusu xəbər verir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xatırladaq ki, daha əvvəl Çexiya ordusunun mətbuat xidməti ölkənin şərqində yerləşən Libaudakı hərbi poliqonda partlayış baş verdiyini bildirmişdi.
Xəbərdə hadisə nəticəsində 1 peşəkar əsgərin həlak olduğu, daha 7 əsgər və 1 mülki vətəndaşın yaralandığı, Olomoucdakı hərbi və universitet xəstəxanasına aparıldığı bildirilib.
TASS xəbər verir ki, Çexiya hərbçiləri poliqondan 1949-cu ildən istifadə edir.


Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər