Bütün xəbərlər
Ukrayna sammiti kommünikesində bütün məhbusların mübadiləsi və azad edilməsi tələb olunur
Tarix: 16-06-2024 17:36 | Bölmə: Dünya

İsveçrədə Ukrayna konfransından sonra qəbul edilən birgə kommünike bütün hərbi əsirlərin mübadiləsini və azad edilməsini tələb edir.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Forumun bağlanışı zamanı İsveçrə prezidenti Viola Amherdin bildirdiyinə görə, Ukraynada münaqişə zamanı əsir götürülən bütün hərbi əsirlər azad edilməlidir.
Bürgenstokda Ukrayna ilə bağlı keçirilən konfransda qəbul edilmiş yekun sənəddə də bildirilir ki, sammit kommünikesində Zaporojye atom elektrik stansiyasına nəzarətin Kiyev rejiminə qaytarılması, Qara və Azov dənizlərində sərbəst hərəkətin yaradılması tələb olunur.
Xatırlatmaq istərdik ki, Viola Amherd Bürgenstokda keçirilən forumun bağlanış mərasimində Ukrayna münaqişəsinin həllində hər iki tərəfin iştirak etməli olduğunu demişdi.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər