14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Şimali Koreya əsgərləri təsadüfən qısa müddətdə Cənubi Koreya ərazisinə daxil olublar
Tarix: 11-06-2024 09:50 | Bölmə: Dünya

İyunun 9-da bir qrup Şimali Koreya əsgəri təsadüfən hərbi demarkasiya xəttini keçib və xəbərdarlıq atəşindən sonra öz ərazilərinə qayıdıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, insident barədə Cənubi Koreya ordusuna istinadən "Yonhap" agentliyi məlumat yayıb. Qeyd edildiyi kimi, iyunun 9-da yerli vaxtla saat 12:30 radələrində Koreya Xalq Demokratik Respublikasının 20 hərbi qulluqçusu demilitarizasiya zonasının mərkəzi hissəsində demarkasiya xəttini pozub.
Cənubi Koreya tərəfi texnikadan istifadə edərək xəbərdarlıq edib, daha sonra bir neçə xəbərdarlıq atəşi açıb, bundan sonra KXDR əsgərləri öz ərazilərinə qayıdıblar. TASS xəbər verir ki, Cənubi Koreya tərəfi “qeyri-adi davranış” əlamətləri aşkar etməyib.
Cənubi Koreya hakimiyyəti hesab edir ki, KXDR hərbçiləri sərhəd xəttini qəsdən keçiblər, komitənin sözçüsü Li Sunq-junq bildirib. Ərazidəki yamyaşıl bitki örtüyü demarkasiya xəttini qeyd edən nişanları görməyi çətinləşdirir.



Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər