Bütün xəbərlər
Netanyahu Rəfahdakı "faciəli insident"lə bağlı təhqiqat aparılacağına söz verib
Tarix: 27-05-2024 23:10 | Bölmə: Dünya

Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hava hücumu nəticəsində mülki şəxslərin yaralandığı Rəfahdakı insidenti araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail Rəfahda bir milyona yaxın sakinin təxliyyəsini təmin edib, lakin bütün səylərə baxmayaraq, qəza baş verib.
TASS-ın sitat gətirdiyi kimi, baş nazir vurğulayıb ki, "biz nə baş verdiyini araşdırırıq".
Yada salaq ki, bazar günü İsrail Qəzza zolağının Rəfah şəhərinə endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın iki komandirinin məhv edildiyini bildirmişdi. Bundan dərhal sonra media bölgədəki bombardman nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 35 mülki şəxsin həlak olduğunu bildirib.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər