Bütün xəbərlər
İranda İbrahim Rəisinin dəfn mərasimi keçirilib
Tarix: 23-05-2024 23:00 | Bölmə: Dünya

İran prezidenti İbrahim Rəisi cümə axşamı mərhum dövlət başçısının doğulduğu Məşhəddə dəfn edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rəisinin tabutu şiələrin səkkizinci imamı Əli ər-Ridanın dəfn olunduğu məbəddəki məqbərəyə qoyulub. "İnterfaks" xəbər verir ki, dəfn zamanı məbəddə matəm paltarında yüz minlərlə insan olub: onlar kədər əlaməti olaraq fəryad edib sinələrinə döyürdülər.
Üç milyona yaxın insan dəfn mərasimindən sonra şəhərin küçələrində düzülüb.
Prezidentlə vida mərasimləri bir neçə gün davam edib. Ötən gün İranın paytaxtında keçirilən matəm tədbirlərində 10-u dövlət başçıları səviyyəsində, 20-si isə nazirlər səviyyəsində olmaqla 60-a yaxın xarici nümayəndə heyəti iştirak edib. Rusiyanı Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edib.
Rəisiyə məxsus helikopter mayın 19-da İranın şimal-qərbindəki dağlarda qəzaya uğrayıb. İran prezidenti ilə birlikdə xarici işlər naziri və digər rəsmi şəxslər də olub. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qəzanı araşdırmaq üçün komissiya təyin edib.
İyunun 28-də növbədənkənar prezident seçkiləri keçirilməlidir.


Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər