Bütün xəbərlər
Husilər yenidən Ədən körfəzində ticarət gəmilərinə hücum edib
Tarix: 10-04-2024 22:08 | Bölmə: Dünya

Ədən körfəzindəki gəmilər yəmənli husilərin növbəti hücumuna məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu dəfə üsyançılar üç ticarət gəmisinə və bir Amerika gəmisinə hücum ediblər.
Husilər Maerskə məxsus Yorktown gəmisini, həmçinin Aralıq dənizi Gəmiçiliyinə məxsus Darvin və Gina gəmisini hədəfə alıblar.
Hərəkatın sözçüsü Yəhya Sariya bildirib ki, onlar İHA və gəmi əleyhinə raketlərlə hücuma məruz qalıblar.
Daha əvvəl bildirilmişdi ki, “Ənsar Allah”ın üzvləri yüksək ölümcülliyə malik hipersəs raketini sınaqdan keçiriblər.
Yəmənin şimalına nəzarət edən Ənsar Allah hərəkatından olan husilər İsrailin Qəzza zolağındakı hərbi əməliyyatını dayandırmağı tələb edərək, Ədən körfəzi və Qırmızı dənizdə ticarət gəmilərinə növbəti dəfə hücum edib.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər