Bütün xəbərlər
Klinton kobudluqda və seçicilərə hörmətsizlikdə ittiham olunub
Tarix: 07-04-2024 12:48 | Bölmə: Dünya

Bir çox Amerika mediası keçmiş dövlət katibi Hillari Klintonu kobudluqda, empatiya göstərməməkdə və seçicilərə hörmətsizlikdə ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanatı Demokratlar Partiyasının bir çox tərəfdarlarını məyus edə bilər.
Klinton bir müddət əvvəl "Tonight Show"-da demişdi ki, amerikalılar yalnız Co Bayden və Donald Tramp arasında seçim edə bilərlər. Verilişin aparıcısı Cimmi Fallon qeyd edib ki, hər iki siyasətçi amerikalılar üçün olduqca darıxdırıcıdır və məyusluq yaradır.
"Özünüzü aş. Seçim yalnız bu iki variant arasında olacaq", - deyə, Klinton cavab verib.
Onun fikrincə, Bayden qocalmasına baxmayaraq effektiv və şəfqətli olaraq qalır. Eyni zamanda Tramp qocalıb və bir çox cinayətlərdə ittiham olunur.
Müşahidəçilər hesab edirlər ki, Klinton Baydenin kampaniyasına böyük ziyan vurub. O, narazı seçiciləri, xüsusən də gənclərin istəklərini başa düşmək istəmir.
ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər