Bütün xəbərlər
NATO İsveçrədə beynəlxalq əlaqələr ofisi açacaq
Tarix: 04-04-2024 14:03 | Bölmə: Dünya

İsveçrə beynəlxalq təşkilatlarla əlaqələr quracaq NATO-nun Cenevrə ofisinin açılmasına icazə verib, - TASS xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Alen Elçinqer bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, NATO-nun artıq Nyu-Yorkda (ABŞ) və Vyanada (Avstriya) iki oxşar ofisi var.
İsveçrə NATO ilə əlaqələri gücləndirmək kursunu müəyyənləşdirib, ölkə hərbi təlimlərdə iştirak etmək və İsveçrə ordusunun NATO ölkələrinin orduları ilə qarşılıqlı fəaliyyət qabiliyyətini artırmaq niyyətindədir. İsveçrə NATO və ya Aİ-nin üzvü deyil, Rusiyaya qarşı sanksiyaları dəstəkləyir.
Rusiya İsveçrəni dost olmayan ölkələr siyahısına daxil edib.


Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər