22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Hindistan Müdafiə Nazirliyi "BrahMos" qanadlı raketləri alacaq
Tarix: 01-03-2024 13:55 | Bölmə: Dünya

Hindistan Müdafiə Nazirliyi Rusiya-Hindistan şirkəti "BrahMos Aerospace" ilə səsdən sürətli qanadlı raketlərin tədarükü üçün 2,5 milyard dollar dəyərində müqavilə imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, alınan raketlər Hindistan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub, Hindistan Müdafiə Nazirliyi qeyd edir.
Hindistan Hərbi Dəniz Qüvvələrinə raket sistemlərinin tədarükü üçün 120 milyon dollarlıq müqavilə də imzalanıb.
"PJ-10 BrahMos" Rusiyanın NPO Mashinostroyenia şirkəti və Hindistan Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanmış səsdən sürətli gəmi əleyhinə raketdir.




Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər