Bütün xəbərlər
40 yaşlı voleybolçu karyerasını bərpa etdi
Tarix: 19-12-2017 13:21 | Bölmə: Dünya


Voleybol üzrə ikiqat dünya və Avropa çempionu Lyubov Sokolova karyerasını bərpa etməyi qərara alıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, 40 yaşlı idmançı Krasnodarın "Dinamo" klubu ilə müqavilə imzalayıb.
İdmançı hazırda çətin vəziyyətdə olan "Dinamo"ya kömək məqsədilə bu addımı atdığını deyib.
Qeyd edək ki, bundan əvvəl "Dinamo"nun oyunçuları və məşqçi heyətinin 3 aydır ki əməkhaqqı almadıqları bildirilirdi.
Xatırladaq ki, otən ilin mayında L.Sokolova karyerasını başa vurduğunu bəyan etmişdi. Onun sonuncu klubu elə "Dinamo" olub.
Voleybolçu klub səviyyəsində 2 dəfə Rusiya və Türkiyə, bir dəfə İtaliya və İspaniya çempionu olub. Bundan başqa, 2 dəfə Çempionlar Liqasının, bir dəfə isə klublararası dünya çempionatının qalibi olub.



Baxış sayı: 810


Bölməyə aid digər xəbərlər