Bütün xəbərlər
İsrail hava hücumundan müdafiə qüvvələri Livan raketini vurub
Tarix: 25-11-2023 11:14 | Bölmə: Dünya

İsrail və HƏMAS arasında elan edilmiş atəşkəs fonunda yəhudi dövlətinin şimal sərhədlərində "Hizbullah"la qarşıdurma davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti şənbə günü səhər Livandan atılan "yer-hava" tipli raketi ələ keçirdiyini bildirib. Sursat İsrailə məxsus pilotsuz uçan aparata yönəlib, lakin hədəfə çatmamış vurulub.
İsrail ordusu Livan raketinin İsrail sərhədini keçmədiyini və hava həyəcanı elan olunmadığını açıqlayıb. Buraxılmaya cavab olaraq İsrail qırıcıları Livandakı "Hizbullah" hədəflərinə hücum edib. Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri artıq Livan ərazisinə zərbələr endirib.


Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər