Bütün xəbərlər
Latın Amerikası Rusiyanın nüvə texnologiyaları ilə maraqlanır
Tarix: 18-11-2023 21:55 | Bölmə: Dünya

Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Rusiyanın nüvə texnologiyalarına maraq göstərir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rosatom Latın Amerikasının prezidenti İvan Dıbov danışıb.
Onun sözlərinə görə, Latın Amerikası ölkələri nüvə enerjisi texnologiyalarından tibb və kənd təsərrüfatında istifadə etməkdə maraqlıdır. Onlar həmçinin tibbi məhsulların sterilizasiyası və kənd təsərrüfatı məhsullarının saxlama müddətinin uzadılması imkanlarını nəzərdən keçirirlər.
“Belə texnologiyalara maraq göstərən ölkələr arasında Kolumbiya, Dominikan Respublikası və Nikaraqua var”, - Dıbov bildirib.
Daha əvvəl bildirilmişdi ki, “Rosatom” ağır yükdaşıyan “Rossiya” buzqıran gəmisi üçün kompensasiya çubuqlarının istehsalına başlayıb. Tezliklə onlar daxili blokun qruplarına yığılacaq və blokun özü sonradan nüvə enerjisi ilə işləyən gəminin reaktorunda quraşdırılacaq.




Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər