Bütün xəbərlər
Kosovoda silahlı şəxslər monastırın ərazisinə soxulublar
Tarix: 24-09-2023 21:08 | Bölmə: Dünya

Bir qrup silahlı şəxs Kosovonun şimalında Banjska pravoslav monastırının ərazisinə soxulub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Raşa-Prizren yeparxiyası aydınlaşdırıb ki, naməlum şəxslər zirehli maşınla gəlib və monastırın bağlı qapılarını sındırıblar.
Kosovo polisinin məlumatına görə, dini icmaya soxulan şəxslər yaxşı təlim keçmiş, ağır silahlara və zirehli maşınlara sahib idilər. TASS agentliyi yazır ki, hələlik hücum edənlərdən birinin öldürüldüyü məlumdur.
Bundan əvvəl tanınmamış Kosovonun baş naziri Albin Kulti bildirmişdi ki, polis gecə saatlarında yerli hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücum edən silahlı quldurları saxlamaq üçün əməliyyat keçirir: bir polis ölüb, ikincisi yaralanıb.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər