Bütün xəbərlər
Yunanıstanda naməlum şəxslər 6 əcnəbini güllələyiblər
Tarix: 11-09-2023 23:51 | Bölmə: Dünya


Şərqi Attikada bir qrup cinayətkar tərəfindən alman nömrəli avtomobilə atəş açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, avtomobildə olan insanlar həlak olub.
Sentyabrın 11-də Yunanıstanın Lutsa şəhərində baş vermiş 6 nəfərin qətli barədə RİA Novosti məlumat yayıb. Vurulanların hamısının başqa dövlətin, ehtimal ki, Albaniyanın vətəndaşları olduğu üzə çıxıb.
İlkin məlumatlara görə, naməlum şəxslər pusqu quraraq qurbanların avtomobilinə azı 25 güllə atıblar. Bundan sonra cinayətkarlar qara rəngli avtomobil və motosikletlə qaçıblar. Polis hadisəni törədənləri axtarır. Hüquq-mühafizə orqanları hücumun səbəbinin cinayətkar qruplar arasında qarşıdurma ola biləcəyini istisna etmirlər.


Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər