Bütün xəbərlər
Haaqada etirazçılar avtomobil yolunu bağlayıblar
Tarix: 11-03-2023 22:50 | Bölmə: Dünya


İqlim fəalları təşkilatı Extinction Rebellion martın 11-də Haaqada A12 avtomobil yolunu bağlayaraq hər iki istiqamətdə nəqliyyatın hərəkətini dayandırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onlar hökumətin mədənlərə verilən subsidiyalara etiraz edirlər.
Təşkilatçıların sözlərinə görə, onlar aksiyada 3000-ə yaxın insanın iştirak edəcəyini gözləyirlər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Həmin günün səhəri polis və bələdiyyə yolun kəsilməsinin qadağan olunduğu barədə xəbərdarlıq edib və etirazçıları mitinqlərini başqa yerə köçürməyə çağırıb. Şəhərin meri Yan van Zanen isə fəalları dağıtmaq üçün su şırnaqlarından istifadə etməyə icazə verib.
Martın 11-də Haaqada Fermerlərin Müdafiə Qüvvələri tərəfindən təşkil edilən fermerlərin etiraz nümayişi də olacaq.
Daha əvvəl mer etiraf edib ki, fermerlərin və iqlim fəallarının etirazlarını yatırmaq üçün hərbi texnikadan istifadə etmək olar, RİA Novosti yazır.
Ekoloji fəallar vaxtaşırı müxtəlif aksiyalar təşkil edirlər: onlar yolları bağlayır, beynəlxalq tədbirləri pozmağa çalışır, həmçinin incəsənət əsərlərinə “hücum” edirlər. Belə ki, onlar ötən ilin oktyabrında Haaqadakı Mauritshuis rəsm qalereyasında nümayiş etdirilən Yan Vermeerin “Mirvari sırğalı qız” tablosu qarşısında hay-küy salıblar.
Bundan əvvəl ətraf mühit fəalları London Milli Qalereyasında Vinsent van Qoqun “Günəbaxanları”nın üzərinə şorba töküblər, Potsdam muzeyində isə Klod Monenin “Ot tayaları” əsərini kartof püresi ilə ləkələyiblər.



Baxış sayı: 178


Bölməyə aid digər xəbərlər