Bütün xəbərlər
Orban dünya müharibəsi ehtimalından danışıb
Tarix: 10-03-2023 22:32 | Bölmə: Dünya


Qərb ölkələri Ukraynanın müttəfiq dövlətlərinin əsgərlərinin sərhədləri keçərək onun torpaqlarına daxil olmasına çox yaxındırlar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə hesab edir.
Siyasətçinin sözlərinə görə, dünya heç vaxt lokal müharibəni dünya müharibəsinə çevirməyə bu qədər yaxın olmayıb. "Kossuth" radiosunda çıxış edən Orban bunun ehtimalının gündən-günə artdığını qeyd edib.
Bundan əvvəl Macarıstanın baş naziri Rusiya prezidenti Vladimir Putinin “problemini” dilə gətirib. Onun sözlərinə görə, dövlət başçısı bunu ABŞ-ın Rumıniya və Polşadakı raket bazalarında görür.


Baxış sayı: 116


Bölməyə aid digər xəbərlər