Bütün xəbərlər
Fransa və Britaniya Kiyevə əks hücuma keçməyə kömək edəcək
Tarix: 10-03-2023 20:51 | Bölmə: Dünya


Fransa və Böyük Britaniya yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə əks-hücum əməliyyatı keçirməyə kömək etmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Emmanuel Makron Böyük Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında deyib.
Fransanın paytaxtında 36-cı Fransa-Britaniya Sammiti keçirilir. Görüşün əsas mövzuları arasında Ukraynadakı vəziyyət də var.
Bundan əvvəl Rişi Sunak bildirib ki, Britaniya və Fransa Ukrayna dəniz piyadalarına təlim keçəcək. Qərb təlimdən sonra döyüş meydanında həlledici üstünlüyə malik olacaqlarına ümid edir.



Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər