Bütün xəbərlər
Partlayış nəticəsində məscidin dağıntıları altından 100-cü cəsəd tapılıb
Tarix: 31-01-2023 17:31 | Bölmə: Dünya


Pakistanın Pişəvər şəhərində məscidin partladığı yerdə dağıntıların təmizlənməsi davam edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 100-cü mərhumun meyiti dağıntılar altından çıxarılıb. Yaralıların sayı isə 221-dir.
Pakistanın Geo telekanalının jurnalistlərinin məlumatına görə, yerli hakimiyyət orqanları tapılan ölülərin sayının artacağına inanır. Təxmini hesablamalara görə, hadisə baş verən gün məsciddə özünü partladan kamikadze də daxil olmaqla 500-ə yaxın adam olub.
Təhlükəsizlik qüvvələrinin ilkin məlumatına görə, təcavüzkarın yanında 10-12 kiloqram naməlum partlayıcı olub. Məscidin yerləşdiyi ərazidə təhlükəsizlik sistemindəki xətanın versiyasına baxılır. Müşahidə kameraları yoxlanılır, o cümlədən bombanı törədənin mümkün şəriklərini müəyyən etmək üçün.
Hayber Paxtunxva əyalət polisinin baş müfəttişi Moazzam Jah Ansari jurnalistlərə bildirib ki, hadisənin baş verdiyi Polis Xəttləri ərazisində çoxlu tikinti işləri gedir, hər gün yeni insanlar - işçilər gəlib-gedirlər.



Baxış sayı: 201


Bölməyə aid digər xəbərlər