Bütün xəbərlər
Sloveniyada saxlanılan iki nəfər Rusiyaya casusluqda şübhəli bilinir
Tarix: 30-01-2023 11:29 | Bölmə: Dünya


Sloveniyanın paytaxtı Lyublyanada Rusiyanın xeyrinə casusluqla məşğul olduğu iddia edilən iki xarici ölkə vətəndaşı saxlanılaraq həbs edilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onları 8 ilə qədər həbs gözləyir.
TASS xəbər verir ki, şübhəlilər Sloveniya Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılanlar casusluqdan əlavə, “yalan məlumat vermək”də də ittiham olunurlar. Rəsmi təsdiqini tapmayan "Sloveniya 24ur" portalının məlumatına görə, saxlanılan şəxslər Cənubi Amerika ölkələrindən birinin vətəndaşı ola bilər və saxta adlarla Sloveniyada olublar.
Keçən ilin sonunda İsveç hakimiyyəti 25 il əvvəl Permdən krallığa gələn cütlüyü Rusiyaya casusluqda ittiham edib. Bütün bu illər ərzində onlar heç vaxt İsveç hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini cəlb etməmiş, sənaye avadanlıqları sahəsində öz biznesləri ilə məşğul olmuşlar.




Baxış sayı: 179


Bölməyə aid digər xəbərlər