Bütün xəbərlər
Hindistan milli mobil əməliyyat sistemi yaratmaq istəyir
Tarix: 21-01-2023 13:59 | Bölmə: Dünya


Hindistanda Google-un Android və Apple-ın İOS-u əvəz edəcək əməliyyat sistemi hazırlanır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Hindistanın biznes nəşri "Business Standard" öz mənbələrinə istinadən məlumat yayıb. Əməliyyat sisteminin ilkin adı IndOS-dur.
Layihə ölkə hökuməti və özəl İT şirkətləri tərəfindən birgə həyata keçirilir. Əsas vəzifə ölkədə Android inhisarını qırmağa çalışmaqdır. İndi Amerikanın Google məhsulu mobil qurğular üçün ƏS bazarının 97%-ni təşkil edir.
Hindistan hökumətində yüksək vəzifə tutan həmsöhbət bildirib ki, ölkənin seçim və rəqabəti təmin edəcək təhlükəsiz Hindistan əməliyyat sisteminə ehtiyacı var.
Bundan əvvəl Dövlət Duması Rusiya Federasiyasında açıq mənbəli Android əsasında öz mobil əməliyyat sisteminin yaradılması layihəsinə başlanıldığını açıqlamışdı. Yandex, VK, Sberbank və Rostelecom iştirak edir.



Baxış sayı: 212


Bölməyə aid digər xəbərlər