Bütün xəbərlər
Ukraynanın keçmiş təhsil və elm naziri FSB ilə əməkdaşlıqda şübhəli bilinir
Tarix: 23-11-2022 01:14 | Bölmə: Dünya


Ukrayna Baş Prokurorluğunun saytında keçmiş təhsil və elm naziri Dmitri Tabaçnikin dövlətə xəyanətdə şübhəli bilinməsi ilə bağlı məlumat yayılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,iddialara görə, Tabaçnik Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo, Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski, eləcə də Rusiya Federasiyası FSB nümayəndələri ilə əməkdaşlıq edib, RİA Novosti xəbər verir.
Açıq girişdə Ukrayna Baş Prokurorluğu rabitənin keçdiyi telefon nömrələrini və messenceri - Telegram-da yerləşdirib.
Dmitri Tabaçnik 2010-cu il martın 11-dən 2014-cü il fevralın 23-dək Ukraynanın təhsil və elm naziri postunu tutub.


Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər