Bütün xəbərlər
Türkiyə Ordusu şəhid verdi
Tarix: 18-09-2022 20:59 | Bölmə: Dünya

                  Türkiyə Ordusu şəhid verdi



Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda sərhəd zastavasına terrorçular tərəfindən edilən hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, daha bir əsgər yaralanıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə tərəfi cavab tədbirlərinə başlayıb. Bölgədə aşkar edilən hədəflər dərhal atəşə tutulub. İlkin hesablamalara görə 12 terrorçu zərərsizləşdirilib.
Əməliyyatlar davam edir.



Baxış sayı: 231


Bölməyə aid digər xəbərlər