Bütün xəbərlər
Putin Abenin dəfninə dəvət olunmayacaq
Tarix: 23-07-2022 15:23 | Bölmə: Dünya

                     Putin Abenin dəfninə dəvət olunmayacaq



Yaponiya Rusiya Prezidenti Vladimir Putini keçmiş Baş nazir Şinzo Abenin dövlət səviyyəsində keçiriləcək dəfn mərasiminə dəvət etməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “The Mainichi” qəzeti yayıb. 
Məlumata görə, bu, Ukraynadakı müharibə ilə bağlı tətbiq edilən sanksiyalar çərçivəsində Yaponiyanın Rusiya rəhbərliyinin nümayəndələrinin ölkəyə girişini qadağan etməsi ilə əlaqədardır. 
Bildirilir ki, Şinzo Abe Baş nazir olduğu dövrdə Putinlə dost münasibətlərə sahib olub. 
Qeyd edək ki, Yaponiya hökuməti sentyabrın 27-də Şinzo Abe üçün dövlət səviyyəsində dəfn mərasimi təşkil edəcək. Çox sayda əcnəbi nümayəndə heyətinin iştirak edəcəyi mərasim Tokionun “Budokan” idman arenasında keçiriləcək.
Xatırladaq ki, iyulun 12-si Şinzo Abenin ailə üzvləri və yaxın dostlarının iştirakı ilə dəfn mərasimi baş tutub. Abenin cəsədi kremasiya olunub (yandırılıb).

 



Baxış sayı: 264


Bölməyə aid digər xəbərlər