Bütün xəbərlər
“Tramp Meksikaya raket atmaq istəyirdi” - Keçmiş nazir
Tarix: 07-05-2022 02:09 | Bölmə: Dünya

                     “Tramp Meksikaya raket atmaq istəyirdi”



ABŞ-ın keçmiş müdafiə naziri Mark Esper “Müqəddəs and” adlı kitabında ABŞ-ın keçmiş prezidenti Donald Trampın Meksika hakimiyyətini ölkəyə nəzarət edə bilməməkdə günahlandırdığını və narkotik laboratoriyalarını məhv etmək üçün ona Meksikaya iki raket atmağı təklif etdiyini iddia edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Esper bu təklifə hər zaman qarşı çıxdığını bildirib: 
“Bununla belə, Tramp israrla “Bir neçə Patriot raketi ata, laboratoriyaları partlada bilərik. Kim soruşsa, hücumun ABŞ tərəfindən edilmədiyini deyəcəyik” söyləyib. 
Kitabda 2020-ci ilin yayında ölkənin cənub sərhədində narkotik qaçaqmalçılığından narahat olan Trampın bu təklifi ona iki dəfə etdiyini bildirən Mark Esper, bunu ilk eşidəndə Trampın zarafat etdiyini düşündüyünü, ancaq sonradan onun ciddi olduğunu başa düşdüyünü deyib.
Esper yeni kitabında Trampı “dövlət qulluğu vəzifəsində olmamalı olan, şəxsi mənafeyini düşünən bir insan” kimi təsvir edir.


Baxış sayı: 230


Bölməyə aid digər xəbərlər