Bütün xəbərlər
“Vəziyyət nəzarət altındadır” - Zelenski
Tarix: 25-01-2022 00:45 | Bölmə: Dünya

                    “Vəziyyət nəzarət altındadır”


“Ukraynanın şərqində vəziyyət nəzarət altındadır, panikaya ehtiyac yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonrakı çıxışı zamanı deyib
Görüşdən sonra sosial şəbəkədə videomüraciət yayımlayan Zelenski hər şeyə hazır olduqlarını bildirib.
"Hakimiyyət tam gərginliyin azaldılması üçün çalışır. Biz tərəfdaşlarımız, diplomatlarımız və ən əsası, hərbçilərimizin yanındayıq. Onlar bizim ən yaxşılarımızdır, bizi qoruyurlar və biz onları qorumalıyıq, sakit olmalıyıq. Ukraynanın şərqində vəziyyət nəzarət altındadır. Panikaya ehtiyac yoxdur”, - deyə Ukrayna Prezidenti qeyd edib.


Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər